Hakerlərdən təhlükəsizlik qurumlarına ağır ZƏRBƏ

Hakerlərdən təhlükəsizlik qurumlarına ağır ZƏRBƏ
ABŞ-ın Federal Təhqiqat Bürosunun(FTB) sistemləri "Anonymous" ("Anonimlər") adlı haker qrupu tərəfindən sındırılıb. ANS PRESS-in məlumatına görə, FTB-nin açıqlayıb ki, hakerlər agentliyin kompüter sistemini sındırıb və minlərlə vətəndaşın şəxsi məlumatlarını ələ keçirib. "Fox News"un məlumatına görə, hakerlər vebsaytlar üçün nəzərdə tutulan "Adobe Systems ColdFusion" proqramından istifadə ediblər. FTB-in məlumatına əsasən, ordunun, Energetika Nazirliyinin, eləcə də Səhiyyə Nazirliyinin saytları dağıdılıb. Büronun bildirdiyinə görə, basqın nəticəsində dəyən ziyan daha çox ola bilər.Qeyd edək ki, "Anonymous" tərəfindən kiberhücumlar bir ilə yaxındır başlayıb. Bu təşkilat özünü "haktivist" adlandırır. İndiyə kimi onlar dünya üzrə çoxlu sayda dövlət qurumları və özəl saytları dağıdıb.ANN.Az

Xəbər lenti