Hacı Mazanın səhhəti ilə bağlı açıqlama

Hacı Mazanın səhhəti ilə bağlı açıqlama
Bir neçə gün əvvəl yol qəzasına düşən iş adamı Hacı Ramazan Zeynalov (Hacı Mazan) ikinci dəfə əməliyyat olunacaq.

Bu barədə Lent.az -a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabil olaraq qalır: "Hazırda reanimasiyadadır. Sınıqları olduğu üçün gözləyirik ki, bir az da özünü toparlasın və əməliyyat olunsun”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb.

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

www.ann.az

Xəbər lenti