Azərbaycanın iki güləşçisi erməniləri məğlub etdi (YENİLƏNİB)

Azərbaycanın iki güləşçisi erməniləri məğlub etdi (YENİLƏNİB)
 
Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Ann.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb. 

Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) - Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.

***14.00

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib. 

Ann.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb. 

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib. 

1/4 finalda 28 yaşlı pəhləvanın rəqibi Vladimir Xinçeqaşvili (Gürcüstan) - Naçin Kuular (Rusiya) cütünün qalibi olacaq. 

Bu gün Azərbaycanın daha bir güləşçisi Ağahüseyn Mustafayev (70 kq) Ermənistan təmsilçisi ilə üz-üzə gələcək. O, 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla görüşəcək. 

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb. 
 
 




www.ann.az

Xəbər lenti