Gözəllik Kraliçası yol qəzasında həlak oldu - FOTOLAR

Gözəllik Kraliçası yol qəzasında həlak oldu - FOTOLAR

"Miss Slovakiya 2010" gözəllik müsabiqəsinin qalibi Mariya Smeşkova yol qəzasında həlak olub. Gənc qadının avtomobili yük maşını ilə toqquşub. ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bədbəxt hadisə Streçno şəhərinin yaxınlığında baş verib. Smeşkova sürüşkən yolda idarəetməni itirib və onun maşını yoldan çıxararaq metal borular daşıyan yük maşını ilə toqquşub. Smeşkova hadisə yerindəcə həlak olub. Köməyə gələn həkimlərin edə biləcəyi bir şey olmayıb. 26 yaşlı qızın cansız bədənini avtomobildən çıxarmaq üçün xilasedicilər xeyli əziyyət çəkiblər. Verilən rəsmi məlumata görə, hadisə baş verməmişdən öncə Mariya telefonla danışırmış, faciənin bu səbəbdən baş verdiyi istisna edilmir. ANN.Az

Xəbər lenti