Göyərtəsində 142 nəfərin olduğu "Boeing 737" təyyarəsi çaya düşdü (FOTO)

Göyərtəsində 142 nəfərin olduğu
ABŞ-ın Ceksonvill şəhərində "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb.

Ann.az xəbər verir ki, bu barədə şəhərin meri Lenni Karri məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürən və xilasetmə departamentinin əməkdaşları hadisə yerinə yollanıb. Mer bildirib ki, təyyarədə olanların hamısı sağdır.

Məlumata görə, təyyarənin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir. Təyyarə dayaz yerdədir və batmayıb.
 


www.ann.az

Xəbər lenti