Gürcüstanın Baş naziri istefa verdi

Gürcüstanın Baş naziri istefa verdi
Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.
 
Ann.az xəbər verir ki, M.Baxtadze vəzifəsini tərk etməsi barədə "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: "İstefa vermək barədə qərar qəbul etmişəm, belə ki, indiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm”.

O bildirib ki, hakim Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da üzvü qalacaq. 

İsfefa qərarı hakim Gürcü Arzusu Partiyasındakı dəyişikliklə əlaqədardır. Belə ki, hazırkı DİN rəhbəri Giorgi Qaxarianın Baş nazir, partiyanın siyasi katibi İrakli Qaribaşvilinin isə DİN başçısı təyin edilməsi gözlənilir.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyun ayından ölkənin Baş naziri idi. 


www.ann.az

Xəbər lenti