Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü (YENİLƏNİB)

Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü (YENİLƏNİB)
Gümrü şəhərindəki aeroportdan havaya qalxan və radarlardan itən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Ann.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan məlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır. 

***13.24 
 
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi radarlardan itib.

Ann.az Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxan təyyarə ilə əlaqə kəsilib.

Məlumatda bildirilir ki, "Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Hazırda təyyarənin axtarışları aparılır. 

www.ann.az

Xəbər lenti