Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Azərbaycana gəlir
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana gəlir.Gürcüstanın Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, İ. Qaribaşvili dekabrın 16-17-də Azərbaycanda olacaq. Onun Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulub. İ. Qaribaşvili dekabrın 17-də “Şəhdəniz” layihəsinin ikinci fazasının maliyyələşdirilməsi haqda sazişin imzalanmasında iştirak edəcək.  ANN.Az

Xəbər lenti