Gürcüstanda “Elitar qəbiristanlıq” açıldı

Gürcüstanda “Elitar qəbiristanlıq” açıldı

Gürcüstanın paytaxtı Tiflisin Vake rayonunda Rusiyanın keçmiş səfirliyinə bitişik ərazidə “Elitar qəbirstanlıq” açılıb. 

Lent.az-ın yerli “Rezonans” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə bütün şəhərə elan verilib.

 

Elanda bildirilir ki, elitar məkanı İoann ata müqəddəsləşdirib və bura Gürcüstan patriarxiyasının dəstəyi ilə açılır. Elanlarda əlaqə telefonu da əksini tapıb.

 

“Frontnyus” agentliyinin əməkdaşı “Elitar qəbiristanlığ”ın nə demək olduğu ilə maraqlanıb. Ölü yiyəsi kimi söhbət edən həmkarımıza bildirilib ki, burada dəfn olunmaq 1500 dollara başa gəlir. Yer isə kifayət qədərdir. Yeri yaxınlıqdakı kilsəyə müraciət edərək, əldə etmək olar.

ANN.Az

Xəbər lenti