Gürcüstan telekanallarını Azərbaycan peykinin resurslarına keçirir

Gürcüstan telekanallarını Azərbaycan peykinin resurslarına keçirir
"Azərkosmos" ASC açıq formatda yayımlanan Gürcüstanın televiziya kanallarının Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peyki vasitəsi ilə sınaq yayımına başlayıb. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.Hazırda Azərbaycan peyki vasitəsilə Gürcüstanın "Obieqtivi TV", "2 TV", "Comedy Arkhi", "Vip TV", "Trialeti", "TV 3", "GDS TV" və "Quality Channel" telekanallarının sınaq yayımı aparılır.Qeyd edək ki, "Azerspace/Africasat-1a" peykinin köməyi ilə 80-dən çox televiziya və radiokanal yayımlanır.2013-cü ilin fevralında "Azerspace/Africasat-1a" telekommunikasiya peyki Fransanın "Arianespace" raketdaşıyıcısının köməyi ilə Qviana Kosmik Mərkəzindən (Kuru kosmodromu) orbitə buraxılıb."Azerspace/Africasat-1a"-nın xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqəsi yaratmağa, "VSATmultiservis" şəbəkələrinin yaradılmasını təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı formalaşdırmağa imkan verir.ANN.Az

Xəbər lenti