Gülnarə Kərimovanın ən yaxın adamı erməni imiş

Gülnarə Kərimovanın ən yaxın adamı erməni imiş

Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın köməkçisi olan 20 yaşlı Qayane Avakyanın adı «TeliaSonera» şirkəti ilə bağlı korrupsiya qalmaqalına qarışıb. ANN.Az «BBC»yə istinadən bildirir ki, bir qrup özbək jurnalisti müəyyən edib ki, şirkət Özbəkistanın mobil rabitə bazarına çıxmaq üçün $300 milyon ödəyib. Vəsaitlər Cəbəltarüqdə Qayane Avakyanın adına açılmış kiçik bir şirkətə göndərilib. Kərimovaya yaxın mənbələrin dediyinə görə, Qayane Avakyan Daşkənddə Gülnarəyə məxsus butiklərdən birində satıcı işləyib. 20 yaşlı gənc qız 2013-cü ildə Gülnarə Kərimovanın ən etibarlı adamına çevrilib.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti