Gənclər dünya rəssamlığının mirvarilərini parodiya etdilər - FOTO+VİDEO

Gənclər dünya rəssamlığının mirvarilərini parodiya etdilər - FOTO+VİDEO

Yola salmaqda olduğumuz ayın son bazar günü yaddaşımızda yalnız yağışlı və soyuq havayla deyil, həm də "Müasir İncəsənət Mərkəzi"ndə keçirilmiş maraqlı və kifayət qədər qeyri-adi "Plagiat" sərgisiylə qaldı. Bu, paytaxtda indiyədək keçirilən tədbirlərdən əsaslı şəkildə fərqlənirdi."I Love Art" layihəsi növbəti dəfə paytaxtımızın yaradıcı gənclərini birləşdirdi və incəsənəti sevənlərin, ona dəyər verənlərin gənc, istedadlı, amma heç kimin tanımadığı rəssamların əl işlərinə baxmasına imkan yaratdı. Bu rəssamlar tanınmış rəssamların dünyaca məşhur şedevrlərini interpretasiya etməyə çalışır, onlara öz üslublarını əlavələr edirdilər. Bəzi rəsm əsərlərinin obyektləri və personajları tamamilə dəyişdirilmiş və ya onsuz da orijinalı tanımağa imkan verən istehzalı detallar əlavə edilmişdir.Cəmi bircə gün çəkən sərgi ətrafına çox sayda gənci cəlb edə bildi, bu da sərgini əsl şənliyə çevirdi.ANN.Az bizim şəhərimizdə keçirilən mədəni tədbirləri diqqətsiz qoymur. "I Love Art" layihəsinin əsas təşkilatçıları – onun direktoru İnna Kartaşova və əsasını qoymuş Dinarə Katibli ilə müsahibəni təqdim edirik.- Bu sərginin keçirilməsi ideyası necə yarandı?- Növbəti tədbiri keçirməyə hazırlaşırdıq və belə bir sual ortaya çıxdı ki, sərgi nəyə həsr edilsin? Mövzu nədən ibarət olsun? Bakı gənclərində maraq oyatmaq üçün bu sərgi necə olmalıdır? Bizim keçmiş sərgilərimizin mövzusu olsa da, müxtəlif şəkillər vardı ki, onlar nümayiş olunmamışdı. Amma sanki işlər birdən-birə yığılmışdı. Ona görə bu dəfə biz spesifik və eyni zamanda maraqlı və qeyri-adi mövzu seçməyə qərar verdik. Bizdə çoxlu variant var idi, amma məhz “Plagiat”da dayandıq, çünki, birincisi, bu cür "parodiyalar"ı biz "Facebook" sosial şəbəkəsində "I Love Art" layihəsinin səhifəsində tez-tez nümayiş etdiririk və onlar istifadəçilərin arasında böyük marağa səbəb olub. Razılaşın ki, Van Qoqun "Ulduzlu gecə" rəsm əsərində qəfildən Betmenin görünməsi maraqlıdır. İkincisi, bu cür sərgilər Bakıda heç vaxt keçirilməyib.- Sərgidə nə qədər rəssam iştirak edirdi? Onlar nə qədər şəkil təqdim edə bildilər və iştirakçıların yaşı məhdudlaşdırılmışdımı?- Yaş, təhsilin olması, cins və sairə buna biz heç vaxt diqqət yetirmirik. Çünki incəsənəti bu amillərdən asılı olmayaraq hər kəs üçün əlçatan etmək istəyirik. Qısa müddət ərzində kifayət qədər ağır mövzuda şəkillər çəkməyə özlərində cəsarət tapanların sayı 21 nəfər oldu, amma əl işləri daha çox oldu. Çünki şəkillərin miqdarı ilə bağlı məhdudiyyət yox idi. Nə qədər çəkmək istədi və ya nə qədər çəkməyə vaxt tapdısa, o qədər də sərgiyə çıxartdı. Ona görə də şəkillərin miqdarı rəssamların sayını ötdü və 55 iş təşkil etdi.- Sərgi iştirakçılarını necə seçirdiniz?- Rəssamlar arasında elələri vardı ki, onllar əvvəlki sərgilərdə də iştirak etmişdilər, onları biz  qeyd-şərtsiz götürürdük. Elələri də vardı ki, ilk dəfə iştirak edirdilər, onlardan isə əvvəlcə öz əl işlərini göndərməyi xahiş etdik ki, müəyyənləşdirək-görək onların istedadı sərgi üçün yararlıdırmı, ya yox. Həmçinin biz rəssamlardan soruşurduq ki, onlar hansı əsərləri parodiya etmək istəyirlər, kompozisiyalarda əsasən nələri dəyişmək istəyirlər və sair. Bütün şəkillərin verilmiş mövzu çərçivələrinə uyğun olması və maraqlı olması üçün biz bunu öyrənməli idik. Əvvəlki sərgilərdə hazır işləri qalareyaya gətirmək lazım idi, amma indi məhz sərgi üçün rəsmlər çəkilməliydi, ona görə də heç kimin evində hazır "plagiat" tapılmadı. Buna görə də iştirakçıların seçilməsi zamanı biz sərginin mövzusuna riayət olunmasını diqqətlə izləyirdik.- Hansı tanınmış rəssamların şəkilləri sərgi iştirakçıları arasında məşhur idi?- Rəssamlar ən çox ispan rəssamı, qrafiki və heykəltəraşı Salvador Dalinin, dünyaca tanınmış niderland rəssam-postimpressionisti Van Qoqun şəkillərini parodiya etmişdilər. Amma sərgiyə çıxarılmış şəkillər arasında həmçinin niderland rəssamı, məişət rəsminin ustası Yan Vermeerin, norveç rəssamı və qrafiki Edvard Munkun, məşhur avstriya rəssamı Qustav Klimtin, dahi italyan rəssamı, alim və ixtiraçı Leonardo da Vinçinin və hətta görkəmli Azərbaycan rəssamı Tahir Salahovun və müasir incəsənətin nümayəndəsi amerika rəssamı Endi Uorxolun şəklinə parodiya vardı.- Tədbirdə iştirak edən qonaqları nəylə təəccübləndirməyə hazırlaşırdınız?- Sərginin qonaqlarına biz şəkillər sərgilənmiş 3 böyük zal verdik. Həmçinin aşağıda kiçik rahat kafe, orada onlar otura, danışa və bu soyuq havada şirinliklə bir fincan çay içib qızışa bilərdilər. 15:00-də biz bütün rəssamlara diplomları payladıq, onlar qeyri-adi mövzudan qorxmadılar və öz işlərini bizim sərgimizə təqdim etdilər.Qonaqlar üçün biz qalereyanın nümayiş zallarından birində kiçik sürpriz hazırladıq. İkinci mərtəbədə ən uzaq və kiçik zalda biz heç bir şəkil asmadıq. Bu xüsusi olaraq belə edilmişdi. Sərgi ərəfəsində, tədbirdə iştirak edənlərdən "Facebook" səhifəsində bizim layihəmiz və bu layihə çərçivəsində görülən işlər barədə bir-iki kəlmə yazmağı xahiş etdik. Həmçinin qeyd etdik ki, tənqidləri, qeydləri və məsləhətləri dinləməyə hazırıq. Biz düşünürdük ki, tənqidçilər xeyli çox olacaq. Amma, ümumiyyətlə, olmadı və bu bizi təəccübləndirdi. Buna deyərəm, sürpriz. Bu zalda installyasiya vardı. Sadə, amma qonaqlar üçün eyni zamanda qeyri-adi və maraqlı. Nəticədə bütün zala stikerlər yapışdırılmışdı, bu stikerlərdə qonaqlar bizim fəaliyyətimiz haqqında fikirlərini yazmışdılar. Axı xüsusi olaraq elə bunun üçün biz boş spikerlər və iki qələm qoyduq ki, bütün arzu edənlər öz arzularını, tənqidlərini, qeydlərini qoyub, onları düz divara yapışdıra bilsinlər. Beləliklə, biz üstünlüklərimizin nədən ibarət olmasını bildik və əlbəttə, mənfi cəhətlərimizi də bildik, bunları isə növbəti sərgiyə kimi düzəltməyə səbirsizlənirik. Bu, qonaqlar üçün xüsusi əyləncədir, auditoriya ilə ünsiyyətin bir növ interaktiv üsuludur.- Niyə layihə həmişə diplomları sərginin bütün iştirakçılarına paylayır, məsələn, niyə diplomlar məhz qaliblərə verilmir?- Ola bilsin, biz gələcəkdə bu barədə düşünərik, amma sərgi kimi tədbirdə bu, mümkün deyil. Çünki müxtəlif əl işləri var, onlardan hansısa biri qonaqların daha xoşuna gələ bilər, çünki daha parlaq və ya daha böyükdür, amma başqası haqsız yerə kənarda qala bilər. Rəssamı incitmək isə, bildiyiniz kimi asandır. Buna görə biz sərgilərdə rəssamlar arasında keçirilən hər bir müsabiqədən uzaq durmağa çalışırıq. Bizim üçün onlar hamısı bərabərdir, biz onları ayırmırıq, kim daha yaxşı rəsm çəkir və ya kimin çəkdiyi rəsmin çərçivəsi daha bahalıdır. Bizim üçün belə anlayışlar mövcud deyil.Rəssamlardan hər biri öz əl işlərini təqdim etməkdə bərabərhüquqludur və buna uyğun mükafatı almaq hüququna malikdir- "I Love Art" layihəsi xeyriyyəçiliyi də unutmur. Yığılmış vəsaitlər bu dəfə kimə gedəcək?- Bu dəfə biz KID (Kimsəzirlərə İctimai Dəstək) qrupuna müraciət etdik. Bu da həmçinin gənclərin təşkil etdiyi özəl internet-layihədir və bu gənclərə də təəssüflər olsun ki, çox az adam fikir verir. Bu layihə kifayət qədər imkanı olmayan ağır xəstə insanlara geyim, dərmanlar almaq və ya əməliyyat üçün vəsait yığımlarını təşkil edir. Keçən dəfə "Dream" sərgisində evsiz heyvanlara yardım əlimizi uzatdıq. Bu gün isə insanlara kömək etməyə qərar verdik. Zallardan birində xüsusi boks qurulmuşdu, orada hər arzu edən öz mülahizəsinə və öz imkanlarına görə ianə verə bilirdi. Nəticədə 123 manat toplandı.- Bəs "Plagiat" sərgisi neçəncidir?- Birinci sərgi "Gənc istedadlar" adlanırdı, burada heç bir mövzu yox idi. Onda biz gənclərin və hələlik heç kəsə məlum olmayan rəssamların əl işlərini qəbul edirdik."Dream" sərgisi ikinci tədbir oldu. Sərgi artıq xüsusi mövzuya malik idi, amma gördüyünüz kimi çox geniş mövzuda idi. Orada rəssamlar yuxular və xəyallar dünyasını təsvir etməli idilər.Üçüncü sərgi "Utopiya" geniş mövzuyla, işlərin və rəssamların bolluğu ilə fərqlənirdi. Onlar utopik dünya mövzusunda işləri təqdim etməli idilər."Plagiat" dördüncü sərgi oldu, bizim paytaxtımızda analoqlara malik olmayan xüsusi mövzuyla və orijinallıqla fərqləndi.- "I Love Art" layihəsi həmçinin məşhur rəssamların şəkillərinin təsvir olunduğu orijinal aksessuarların satışıyla məşğuldur. Bu təşəbbüs nəylə bağlıdır?- Aksessuarların yayılması – bu incəsənətin təbliğatıdır. Amma bunun satılması müqabilində əldə olunan pulu özümüzdə saxlamırıq, sərgiyə çəkdiyimiz xərcləri bu pulla bağlayırıq. Yəni bizdə prinsip etibarilə hər şey entuziazm üzərindədir, pul dalıyca qaçmırıq. Telefonlar, mayka və fincan üçün keyslər. Biz hələ ki yalnız bu mallar üzrə ixtisaslaşmışıq. Bu əşyalara məşhur rəssamların və illüstratorların şəkilləri çap edilir. Həmçinin "I Love Art" loqotipiylə futbolkalar, keyslər və fincanlar var. Bunlara da tələbat çoxdur.- Şəhər gəncləri arasında incəsənətin təbliğatı üçün sizə təşəkkür edirik. Sizə sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq və orijinal mövzuda beşinci sərgini gözləyirik.- Təşəkkürlər!

Rüstəm Qasımov

ANN.Az

Xəbər lenti