Gəncədə partlayış: dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı (FOTO/VİDEO)

Gəncədə partlayış: dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı (FOTO/VİDEO)
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, dağıntılar altından 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.

N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

***10.00
 
Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Ann.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb. Partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub. Ölən şəxs 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 







www.ann.az

Xəbər lenti