Gəncədə erməni terroru: 13 nəfər ölüb, 40 yaralı var

Gəncədə erməni terroru: 13 nəfər ölüb, 40 yaralı var
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Ann.az-ın məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti