Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək? (MƏBLƏĞ)

Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək? (MƏBLƏĞ)
2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Ann.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqüında” qanun layihəsində əksini tapıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti