Gecə və səhər yollar buz bağlayacaq (PROQNOZ)

Gecə və səhər yollar buz bağlayacaq (PROQNOZ)
Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Ann.az-a verilən məlumata görə,  fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.  Atmosfer təzyiqi normadan yüksək 779  mm civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15,  gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti