“Galaxy S4"-dən növbəti rekord

“Galaxy S4"-dən növbəti rekord
“Samsung” şirkətinin mobil bölməsinin direktoru C.K.Şin “Galaxy S4” qabaqcıl smartfonunun satış həcmi haqqında informasiyanı elan edib.Qaynar.info-nun ictnews saytına istinadən verdiyi məlumata görə, o, sözügedən modelə tələbatın rekordu qırdığını bildirib. Onun sözllərinə görə, cihazın bazara çıxarılmasından bu yana, 6 ay müddətində 40 milyon nüsxə satılıb.Rekord göstəricinin qeydə alınmasına baxmayaraq, “Samsung” şirkəti nəticələrdən narazıdır. Həmçinin iddia edilir ki, Koreya şirkəti artıq gələn ilin əvvəlində “Galaxy S5” smartfonunu təqdim etmək niyyətindədir.

Xəbər lenti