G7 zirvəsi davam edir: Tramp Putini çağırdı, narazılıq yarandı (FOTOLAR)

G7 zirvəsi davam edir: Tramp Putini çağırdı, narazılıq yarandı (FOTOLAR)

G7 zirvəsi davam edir: Tramp Putini çağırdı, narazılıq yarandı (FOTOLAR)
"Böyük Yeddilik" ölkələri Kanadanın Quebeç şəhərində zirvə görüşünə start veriblər.

ANN.Az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Yaponiya, Fransa, Kanada, İtaliya liderlərinin yer aldığı görüş 44-cü dəfədir keçirilir. İlk gündə ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trudou və Fransa prezidenti Emmanuel Makronla görüşüb. 

Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışaraq zirvə görüşündə iştirak etməyi təklif edib. Lakin Almaniya kansleri Angela Merkel digər 6 ölkənin bu qərara qarşı olduğunu bildirib. Dünyanın nəhəng iqtisadi güclərinin görüşü ilə həyata keçirilən sammitdə 1998-2014-cü illərdə 8 ölkə iştirak edib. Lakin Rusiyanın Krımı ilhaq etməsi ilə "Böyük Səkkizlik" ölkələri "Böyük Yeddilik"lə əvəz edilib.

ABŞ rəhbərinin bu qərarı İtaliyanın yeni təyin edilmiş baş naziri Cüzeppe Kontenin dəstəyini qazana bilib. 

Qeyd edək ki, Vladimir Putin hazırda Çində rəsmi səfərdədir.
 





www.ann.az

Xəbər lenti