Fransada "meymun" qalmaqalı

Fransada "meymun" qalmaqalı

Fransa məhkməsi ölkənin qaradərili ədliyyə naziri Kristian Tobiranın təhqir olunması ilə bağlı işi araşdırır. 

Anspress xəbər verir ki, ultra-sağçı baxışa malik həftəlik “Minit” qəzetində “hiyləgər meymun banan tapdı” başlıqlı məqalənin dərc olunması olub.

Qəzet rəhbərliyi isə bunun sadəcə söz oyunu olduğunu bildirir. Belə ki, fransız dilində “meymun kimi hiyləgər” ifadəsi bir qayda olaraq təhqir kimi qəbul olunmur və özündə irqçi ısmarış daşımır. “Banan” isə həmçinin fransız dilinin ara sözü olub “təbəssüm” mənasına gəlir. 

“İrqçi, antisemit, ksenofob tipli təhqirlər təkcə konkret bir insana ünvanlanmır. Burada söhbət ifadə azadlığından deyil, bir cinayətdən gedir. Belə cinayət öz cəzasını tapmalıdır” - deyə nazir Tobira özü məsələyə münasibət bildirib.

Fransanın baş naziri Jan Mark Ayro, həmin qəzetin nifaq tipli nitqlər əleyhinə qanunları pozduğunu araşdırmasına göstəriş verib. Kabinetdə təmsil olunan həmkarına Fransanın Daxili İşlər Naziri Manuel Vals da dəstək çıxıb. Vals özü də əvvəllər milli mənsubiyyəti ilə bağlı təhqir qurbanı olub.

Fransanın daxili işlər naziri Manuel Vals bildirib ki, tanınmış ultra-sağçı qəzetin dərc etdiyi bu məqalə iyrəncdir və bu tam yolverilməz bir haldır.

Qeyd edək ki, Fransa qaradərili nazirin irqçi təhqirə məruz qaldığı yeganə ölkə deyil. Belə ki, bu yay, oxşar qalmaqalal Konqo Respublikasında doğulmuş İtaliyalı İnteqrasiya Naziri Sesil Kyenqe üzləşmişdi.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti