"Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib. 

Ann.az xəbər verir ki, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. 

İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub. Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub. 

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, "Red Bull"dan Daniel Rikkardo və "Mercedes"dən Luis Hamilton qalib adınına yiyələnib. 

www.ann.az

Xəbər lenti