Fidan Hacıyeva: “Ərim çox dəyişib, onda ingilislik heç nə qalmayıb”

23 Noyabr 2013, 18:26
23 Noyabr
2013
18:26
555
“Bir az çətindir. Çünki evdə üç uşaq var, ev işləri var, ailə var və sənətim var. Hamısı bir yerdə çox çətindir. Bu gün səhər durmuşam, deyirəm görəsən mən bu qədər işi necə çatdırıram. Çalışıram çatdırım”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva deyib. Sənətçi “Karmen” operasının ona həmişə uğur gətirdiyini deyib: “Nə iş görsəm, onu zümzümə edirəm. İnanın, hər işdə mənə uğur gətirir. Fotosessiyada da zümzümə eləmişəm. Görürəm, kefim yoxdur yenə də "Karmen"dən zümzümə edirəm. Bu, mənə çox uğur gətirib. Demək olar ki, ailəmin uğurudur. Ailə quranda da o köməyim oldu. Fidan bir hissəmdir, "Karmen" bir hissəm. Evdə mənə "Karmen" kömək edir. Bu əsər ilk dəfə Fransada oynanıldı. O qədər də uğurlu olmadı. Uğursuz oldu. Opera sonra şedevrə çevrildi. Dekabrda oynanacaq, sizi də dəvət edəcəyəm, gələrsiniz. Hamı deyirdi ki, sadədir, primitivdir. Amma illər keçdi indi Bizenin "Karmen"i bütün səhnələrdə oynanılır və bəyənilir. Mən həmişə demişəm ki, "Karmen"dən sonra real həyat çətindir. Ondan sonra elə o nağılda qalmaq istəyir adam. Bəzi dostlarla görüşüb söhbət edirəm. Hətta o halda da adama elə gəlir ki, heç nə görmürsən. Lap "Karmen" olmasa belə "Aida", "Arşın mal alan"dan çıxanda da yenə çətin olur. Teatrımızı çox sevirəm. İlk gün, 19 yaşında buraya gəldiyim gün də yadımdadır. "Koroğlu"da xanəndə qızı oynamışam. Sonra "Arşın mal alan"da Asyanı oynadım. Rolların hamısından zövq alıram”. Fidan Hacıyeva Bülbül adına musiqi məktəbinin pianoçu bölümünü bitirdiyini deyib: “Sonra elə oldu ki, Konservatoriya həm vokal, həm də fortepiano sinfinə daxil oldum. Hüseyn Əliyevin sinfinə. Firəngiz xanımın səsini eşidib deyirdim ki, mən də belə oxuyacağam. Orada bakalavr, magistratura və aspiranturanı bitirdim. Sonra Moskvada xalq artisti məşhur İrina Arxipovanın sinfində master klass keçdim. Sonra İtaliyada Kicuan Akademiyasında təhsil aldım. Bu sənətlə çoxdan məşğulam. Mənə elə gəlir ki, mənim sənətimə hörmət lap çoxdur. Çox da əziyyət var. Mən sənətimi çox sevirəm. Mənə deyirlər ki, səni dinləməyə iki-üç dəfə gəlmişəm, mən çox sevinirəm. Azərbaycanda opera sənəti çox yüksək səviyyədədir. Mən burada qalıb işləyəcəyəm. Vətəndən kənarda konsertlərdə də çalışacağam ki, sənətimin layiqli təmsilçisi olam. Mən İtaliyaya tez-tez gedirəm. Orada master klass keçirəm. İtaliyada təhsil almağa çox pul lazımdır. Bizdə pulsuzdur. Bunun nə boyda xoşbəxtlik olduğunu biz anlamırıq. İtaliyada istedadın var ya yoxdur, fərq etməz, pulun varsa, dərs ala bilərsən. Orada elə bilirlər ki, mən zəngin bir ailənin adamıyam. Amma dedim yox, orta yaşayan ailəyik, sadəcə dərslər pulsuzdur. Onlarda belə deyil. Bizdə təhsil də onlardan gözəldir. Fitri istedaddan başqa işləmək də tələb olunur, həm də çox ciddi”. Sənətçi hesab edir ki, müğənni səsi işləyib saxlamalıdır: “İşləməsəm, səsi saxlamaq olmaz. Səslə işləmək lazımdır ki, passiv formaya keçməsin. Müslüm Moqamayevin səsi və tembri mənə yaxındır. Allah ona səsdən başqa böyüklük də vermişdi. Gözəl insan, rəssam, sənətkar idi. Onunla Moskvada görüşmüşdüm, ölümündən bir neçə il əvvəl. Xanımı Tamara Sinyavskaya da “Karmen”in məşhur ifaçılarından idi. O mənə demişdi ki, sizdə bundan da yaxşı alınacaq və siz də “Karmen”i gözəl oxuyursunuz. Mənə çox xoş olmuşdu onun sözləri. Mənə elə gəlir ki, Müslümün səsi heç kimin səsinə bənzəmir. O hər janrda ifa edirdi. O həmin ortaq nöqtəni tapa bilmişdi. Maqomayev böyük sənətkar idi. Onu operadan dartıb apardılar. Çünki istəyib dinləyənləri çox idi. Amma opera karyerasını davam etdirsəydi, dünyada məşhur iki-üç addan biri də o olacaqdı. Ona ölümündən sonra da valeh olan insanlar çoxdur”. Fidan Hacıyeva ailə həyatı barədə də danışıb: “Mən onu yox, o məni seçib. BP şirkəti Bakıda hər il Milad bayramı keçirirdi. Məni dəvət etmişdilər. Orada “Karmen”dən bir parçanı ifa elədim. Ən gözəl paltarı geyinmişdim. Elə bilirdim ki, gerçəkdən nə isə olacaq. Yoldaşım da orada iştirak edirdi. Sonra məni Azərbaycan rəqsinə dəvət etdi. Oynaya da bilmirdi. Amma gördüm ki, öyrənmək istəyir. Dedi ki, Sizin konsertinizə gələcəyəm. Dedim, "Arşın mal alan" oynanılacaq, gəlin, amma siz Azərbaycan dilində bilmirsiniz. Dedi, eybi yox, dostumla gələcəyəm. Gəldilər. Onun ən gözəl jesti o oldu ki, o əsərin librettosunu tərcümə etdirdi. Onun diqqəti xoşuma gəldi. Belə tanış olduq biz. Dostlaşdıq və evləndik. Sonra o bir neçə belə tərcümələr etdi. Mən oxudum, çox gözəl də qarşılandı”. Sənətçi hesab edir ki, sevgisiz həyat da, sənət də ola bilməz: “Bu hissləri yaşamasan, hər şey yalan olar. Sevgin hər şeyə var, Ailəyə, sənətə, övlada. 10 ildən çoxdur ailə qurmuşam, bu vaxtacan bu sevgi ölməyib, əksinə böyüyüb. Çox gözəl qaynanam var. O ilk dəfə Bakıya gələndə mənə çox diqqətlə baxdı. Məni öyrənirdi elə bil. Onu Lahıca apardıq. Yoldaşım Azərbaycanın hər yerini gəzib. Sevir bu yerləri. Toya bir gün qalmışdı, qaynanam dedi ki, mənə bir yer ayırarsınız. Mən o qədər otura bilmərəm, orada dincələrəm. İnanın, gecə 12-yə qədər heç yerə getmədi. Sonra biz getdik, o məni qarşılamadı. Niyə? Gördüm sobanın yanında və digər yerlərdə nə olduğunu yazıb qoyub. Yazılıb ki, bunu yeyərsiniz, onu qızdırarsınız və s. İki gündən sonra evə gəldi. Dedim, niyə bizi qarşılamadınız? Dedi, istədim özün öyrənib öyrəşəsən. Elə də oldu, mənə yaxşı jest idi”. Fidan Hacıyeva həyatında övladlarının hər birinin xüsusi yeri olduğunu deyib: “Onların hərəsinin öz yeri var, amma, balacamıza xüsusi sevgi var. Görürəm uşaqlar da hərdən bunu deyirlər. Filippi soruşursunuzsa, ona da diqqətim də, sevgim də az deyil. Ola bilər ki, problemlərimiz çox olur, xüsusilə uşaqlarla bağlı, amma yox, münasibətlərdə heç nə azalmayıb. Bəzən günümüzün necə keçdiyini də bilmirik”. Fidan xanım mətbəxi çox sevdiyini deyib: “Mətbəxi çox sevirəm. Tez-tez İngiltərəyə gedirik. Orada çox gözəl mətbəxləri var. Ədviyyatı çox istifadə edirlər. Kərə yağı sevmirik, tərəvəz yeyirik. Anam bizə yemək bişirir. Xüsusilə də milli mətbəximizdən. Dolma, aş... Məsələn, Filipp gözləyir ki, bayram nə vaxt gələcək, paxlava, şəkərbura bişiriləcək. O özü də hazırlamağı sevir. Amma, öz mətbəxlərinə aid olan yeməkləri. Hərdən zamanım olanda, mən də hazırlayıram. Filipp artıq 16 ildir Azərbaycandadır. O artıq azərbaycanlılaşıb. Həm də çox dəyişilib. O qədər dəyişilib ki, mən onda ingilislik heç nə görmürəm artıq”.ANN.Az
Xəbər lenti
-
17:49Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol! (R)
-
18:18İcra başçısından yeni təyinat
-
17:48Ötən gün vaksinasiya qeydə alınmayıb
-
17:42Son sutkada neçə nəfər yoluxub?
-
16:14DYP yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət etdi
-
14:16İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
-
12:55Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü (FOTOLAR)
-
12:36İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi (YENİLƏNİB)
-
12:10Rəfail Bağırov Əlcəzair Milli Xalq Məclisində
-
12:00Sabah 38 dərəcə isti olacaq, qısamüddətli yağış yağacaq
-
11:48Kasım-Jomart Tokayev Bakıya gələcək
-
11:03Prezident Laçında: Hava Limanı və su anbarının layihəsi ilə tanışlıq (FOTOLAR)
-
10:50İlham Əliyevin Kəlbəcər səfəri: Açılışlar edildi, muzeylərin, Mərkəzin, zavodun təməli qoyuldu (YENİLƏNİB/FOTO)
-
10:47Bələdiyyə sədrinin öldüyü qəza ilə bağlı rəsmi məlumat
-
10:34Azərbaycan, Türkiyə və Qazaxıstanın nazirləri Bakı Bəyannaməsi imzaladı (YENİLƏNİB)
-
10:29Azərbaycana yeni silahlar və ən müasir texnikalar gətirilir
-
10:05Prezident Göygöldə inşa edilən iki tunelin tikintisi ilə tanış olub (FOTOLAR)
-
19:36Prezident Göygöl, Kəlbəcər və Laçına səfər edib
-
16:53Peyvənd olunanların sayı açıqlandı
-
16:45Son sutkada neçə nəfər koronavirusa yoluxub?
-
13:52Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”
-
12:20Sabah Bakıda və rayonlarda güclü külək əsəcək
-
12:06FHN-dən əhaliyə güclü küləklə bağlı xəbərdarlıq
-
11:41Mövlud Çavuşoğlu Azərbaycana gəlir
-
11:35Kürmükçay İlisu məntəqəsindən sel keçdi (VİDEO)
-
11:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
10:54Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açlışı oldu (FOTO)
-
10:43Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
-
10:40Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür
-
17:33www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı keçirildi (FOTO)
-
16:53DTX əməliyyat keçirdi: Saxlanılanlar var (RƏSMİ)
-
16:37Son sutkanın yoluxma statistikası
-
14:06Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub
-
13:36Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzatdı
-
12:51Şənbə günü Bakıda 33, rayonlarda 37 dərəcə isti olacaq
-
12:37Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq etdi
-
11:46Prezident BP-nin baş icraçı direktorunu qəbul edib (YENİLƏNİB)
-
11:24Lavrov Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
-
10:51Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırdı (FOTO/VİDEO)
-
10:18Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər
-
17:13Seymur Orucov ağstafalı idmançılarla görüşdü (FOTOLAR)
27 İyun 2022
26 İyun 2022
24 İyun 2022
23 İyun 2022
Digər xəbərlər
-
Mədəniyyət, Manşet
Rəsul Rzanın ev-muzeyi yaradılacaq (SƏRƏNCAM)
-
Mədəniyyət
Tofiq Mirzəyev “Şöhrət” ordeni ilə təltif edildi (SƏRƏNCAM)
-
Mədəniyyət
Ankara və İstanbulda mədəniyyət festivalları keçirildi
-
Mədəniyyət
Azərbaycanın məşhur heykəltaraşı mötəbər mükafat qazandı
-
Mədəniyyət, Fotolar
İlyas Yalçıntaşın Bakı konsertində tələbələrə endirim
-
Mədəniyyət
Rasim Balayev sədr seçildi
-
Mədəniyyət
Prezident Firəngiz Əlizadəni təltif etdi
-
Mədəniyyət, Vİdeo
Aygün Səmədzadənin mahnıları ilə Müstəqlillik Günü konserti (VİDEO)
-
Mədəniyyət
Şuşada beynəlxalq konfrans keçirilir