FHN yanında İctimai Şuraya seçki keçirildi (FOTO/VİDEO)

FHN yanında İctimai Şuraya seçki keçirildi (FOTO/VİDEO)
"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib. 

Tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov iştirak edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 15 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 41 təmsilçidən 27 təmsilçi iştirak edib.

Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət aşağıdakı tərkibi seçilib:

Abbasova Vəfa Zahid qızı - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini
Abışova Vüsalə Mahir qızı - "Azəri-Press Agentliyi” MMC-nin baş direktoru
Cürənov Ramiz Mikayıl oğlu - "RƏVAN” Gəncliyə Dəstək İctimai Birliyinin sədri
Ədilzadə Ədil Tahir oğlu - "Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri
Fərzəliyev Sahib Abduləli oğlu - Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri
Hacızadə Fuad Mahmud oğlu- Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən
Həbibov Fəxrəddin Həsən oğlu - Beynəlxalq Akademiyanın Azərbaycan bölməsinin müxbir üzvü
Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
İsmayılov Mehman Heydər oğlu - Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri
Kazımov Aqil Qədim oğlu - "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin idarə heyətinin üzvü
Kəngərli İlkin Tələt oğlu - "Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyində icraçı direktor vəzifəsini icra edən
Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri
Mirələmli Pərviz Atamalı oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Mərdanov İlham İldırım oğlu - "Qan Donorları Assosiasiyası” İctimai Birliyinin qan donoru vəzifəsini icra edən
Rəhimli Davud Səid oğlu - Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti
 





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti