Fəxrəddin Altun: “Türkiyə gözləmə otağı olmayacaq”

Fəxrəddin Altun: “Türkiyə gözləmə otağı olmayacaq”
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına "Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq” sözləri ilə reaksiya verib.

Ann.az xəbər verir ki, məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun "ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən  maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir.

Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.

Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, – deyib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti