Fəridə Əzizova və Aysel İsgəndərova psixoloji ekspertizadan boyun qaçırır

Fəridə Əzizova və Aysel İsgəndərova psixoloji ekspertizadan boyun qaçırır
Bakı Apelyasiya Məhkəməsində "Rising Star" MMC-nin taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın iddiasına əsasən çıxarılan məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a vəkil Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, hakim Xəyal Sarıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edərək Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməli olduğunu deyib.

K.Nəsibov çıxışında Avropa Məhkəməsinin belə işlərlə bağlı təcrübədə olan qərarlarını da misal çəkib. Həmçinin vəkil iş üzrə keçirilən ekspertiza rəyinin həqiqətə uyğun olmadığını bildirib:

"Qarşı tərəfin vəkili bildirir ki, rəyə əsasən, Fəridə Əzizova ilə tanışının nişanlı olmaması barədə yazılanlar təsdiqini tapmadığı halda, bunu şərəf və ləyaqətin tapdanması kimi qiymətləndirmək olar. Mən isə bildirdim ki, bununla əlaqədar birinci instansiya məhkəməsində məhkəmə-psixoloji ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsam da, əsassız olaraq təmin olunmamışdı. Əgər həmin ekspertiza təmin edilsəydi və rəyə əsasən, iki şəxs arasında fərqli münasibətin olduğu qənaətinə gəlinsəydi, o halda digər ekspertizanın nəticəsinə bilavasitə təsir edərdi. Yəni həmin şəxslərin qeyri-adi davranışı təsdiq olunsaydı, o halda yazılanlar şərəf və ləyaqət hüququnun pozulması hesab edilməzdi".

Xatırladaq ki, vəsatətə görə, məhkəmənin müəyyən etməli olduğu məsələlərdən biri də iddiaçıların barəsində qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmalıdır: Belə ki, iddiaçı Əzizova Fəridə Şıxməmməd qızının geyimi və həyat tərzi, mətbuat vasitəsilə verdiyi müsahibələri, sosial şəbəkələrdə paylaşımları, şəkillərinə yazılmış şərhlər onun psixoloji vəziyyətinin müəyyən olunmasını zəruri hesab edir.

 


"Nişanlanmısız?" sualını çoxları verib, amma məhkəməyə yalnız bir nəfərlə bağlı müraciət olunub

Fəridə Əzizova iclasda çıxışında bildirib ki, özünün "Instagram" profilində 10 mindən artıq izləyicisi var. O qeyd etdi ki, həmin şəkilləri paylaşarkən rəylərdə izləyicilərdən biri tərəfindən Aysellə nişanlanması barədə sual yazılıb.

Fəridə Əzizovaya həmin şərhi yazan adamın müəyyən etmək mümkün olduğu barədə suala isə cavab olaraq bildirib ki, həmin şərhi yazan şəxsin ad-soyadı və digər məlumatları vardı.

Bu halda vəkil K.Nəsibov bildirib ki, məqalənin başlığı da həmin şərhdəki sualla eyni olub: "Necə olur ki, o şərhi yazanı yox, yalnız müdafiə etdiyim tərəfi məhkəməyə verirsiniz, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı həmin şəxsdən hansısa tələbiniz olubmu?"

F.Əzizova suala "biz elə hamını məhkəməyə verməliyik?” sualı ilə cavab verdi.

F.Əzizova digər suallara da adekvat cavab verə bilməyib.


Aysel İsgəndərova DTX adından istifadə edir

İclasda çıxış edən Aysel İsgəndərova isə bildirib ki, bu işlə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məşğuldur.

O qeyd edib ki, guya hazırda da araşdırma davam edir və məqaləni yazan Rəvan adlı müxbir dindirilməyə aparılıb ki, məqalənin yazılması təxribatdır.

Ona DTX deyəndə hansı idarəni, şöbəni nəzərdə tutduğu barədə sual veriləndə isə cavab verə bilməyib. Hakim iddiaçı A.İsgəndərovaya bildirdi ki, olmayan məsələləri burada danışmayın ki, belə suallara məruz qalmayasınız.

 

Digər tərəfdən, xəbəri yazan müxbirlə əlaqə saxladıqda onunla, ümumiyyətlə, heç bir hüquq-mühafizə orqanının nəinki dindirilmə etdiyi, heç, ümumiyyətlə, əlaqə saxlanılmadığını bildirib.

Görünən odur ki, A.İsgəndərova DTX-nin adını çəkərək işin baxılması üçün məhkəmə tərkibində müəyyən təzyiq etmək və dolayısı ilə həmin işlə xüsusi orqanların məşğul olduğu barədə rəy yaratmağa çalışıb. 



Daha sonra məhkəmə müşavirəyə gedib və qərar elan edilib.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.

 

Hakim Xəyal Sarıyev
Kamandar Nəsibov bildirir ki, qərarı əsassız və qanunsuz hesab edir və Ali Məhkəməyə kassasiya şikayətilə müraciət edəcək.

Xatırladaq ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova "Rising Star" MMC-yə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və 100 min manat təzminat ödənilməsi ilə bağlı tələblər irəli sürüblər. Lakin məhkəmə idmançı və tanışının xeyirinə cəmi 3 min manat maddi təzminatın təmin olunması barədə qətnamə çıxarıb. Vəkil Kamandar Nəsibov bu qərarla razı olmadıqlarını və bu qərarın ləğv olunması üçün növbəti instansiyaya müraciət edəcəklərini bildirib. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti