Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı - Xəstəxanadan açıqlama

Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı - Xəstəxanadan açıqlama
Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yalandır.

ANN.Az xəbər verir ki, bu barədə BakuPost-a Gəncə Beynəlxalq Xəstəxanasından məlumat verilib. Bildirilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb.

"Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”. 

BakuPost dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.

Xəbər lenti