Fariz Nəcəfov: “Yeni transferlər etimadı doğrultmadılar"

Fariz Nəcəfov: “Yeni transferlər etimadı doğrultmadılar
"Komandamızın uduzması heç də yaxşı hal deyil. Halbuki, rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Azlıqda uduzmaq bizi qane edə bilməz”. 

ANN.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

"Dinamo”ya 1:2 hesabı ilə uduzduqları oyun barədə danışan, Nəcəfov cavab matçında uğura inandığını bildirib: "İnanıram ki, komanda bu məğlubiyyətdən nəticə çıxaracaq. Cavab görüşündə lazım olan nəticəni qazanacağımıza inanıram. Bizi 1:0 hesablı qələbə də qane edir”.

"Yeni transferlərdən razı qaldınızmız” sualını klub rəsmisi belə cavablandırıb: "Bu oyuna görə onlar etimadı doğrultmadılar. Amma biz onlara inanırıq. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı təsir bağışlayacaq”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti