Çexiya şirkətləri Azərbaycana investisiya qoymağa çağırıldı (FOTOLAR)

Çexiya şirkətləri Azərbaycana investisiya qoymağa çağırıldı (FOTOLAR)
"Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə Ann.az-a QSC-dən bildirilib.

Məlumata görə, qurumun sədri Cavid Qurbanov son illərdə ölkədə dəmir yollarında aparılan islahatlardan danışıb. O, bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Sədr Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sahəsində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətlərinin investisiya imkanları barədə məsələlər müzakirə olunub.

M.Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. 
 





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti