Ətirli ədəbiyyat və ya ədəbi ətirlər - FOTOLAR

Ətirli ədəbiyyat və ya ədəbi ətirlər - FOTOLAR

"Nə əlaqəsi?" düşünməyə tələsməyin. Bir çox hallarda ədəbiyyat brend ətirlərin yaranmasına əsas verib. Yəqin ki, elə bundan sonra da belə olacaq. Bu, yazıçının bioqrafiyası da ola bilər, nağıl süjeti də, romandan fraqment də...

ANN.Az bu cür maraqlı faktları oxuculara təqdim edir:

"POUDRE DE RIZ, HUITIÈME ART" - ətrinin qutusunun üzərində Anri Barbüsün "Cəhənnəm" romanından bir parça əks olunub: "Səliqəsizliyin hökm sürdüyü otaq sabun, düyü kirşanı ətri, kəskin odekalon qoxusu ilə dolu idi və bu qarışıq kəsif səhər havasıyla qarışmışdı".

Kilian Hennesi "Flower of Immortality" ("Dirilik çiçəyi") kişi ətrini utopik şaftalı bağları barədə çin nağıllarından ilhamlanaraq yaradıb. Bu "əsər" "Asiya nağılları" silsiləsinin növbəti buraxılışıdır. Əfsanəyə görə, şaftalı çiçəyi Çində ölümsüzlük simvolu kimi qəbul olunur.

Hennesi özü bu barədə belə deyir: ""Flower of Immortality" üzərində işləyərkən mən vulinqli balıqçı barədə çin nağılını xatırladım. O, azaraq içərisində şaftalı nektarından fəvvarə olan meyvə bağına düşür. Qəfildən nektar çölə sıçrayır və çəmənliyi limana çevirir. Onun sahilindəki evlər var və orada adamlar sanki cənnətdə yaşayırdılar. Uşaqlıqda mən də orada yaşadığımı xəyal edərdim. İndi isə nağılı gerçəkliyə çevirmişəm".

"Hermès"in bütün ətirləri janrlara bölünür. Burada roman, novella və şeirə rast gəlmək olar. Ətriyyatçı Jan Klod Ellena bu barədə belə deyir: "Ətriyyatçı həmişə nağılçıdır. O, ətiri yaratmaqla dəqiq süjet xətti, birinci və ikinci dərəcəli qəhrəmanları olan əhvalat danışır. Hər ətriyyat notu - sözdür. Söz çoxluğu əsər yaradır. Bizim "kitabxanamızda" ən məşhur janr - romanlardır. Bu, uzun tarixçəsi olan ətirlərdir: "Calèche", "Terre d’Hermès". Novella-ətirlər - odekalonlardır, onların kompozisiyası daha sadədir. Bundan başqa, təvazökar və yığcam hokku-ətirlər də var".

"Jardins D`Ecrivains" brendinin devizi  belədir: "Qoxu fikir doğurur ". Sitat Hüqodandır və elə silsilənin yaranması da Hüqo və onun Hernsi adasındakı malikanəsi ilə bağlıdır. "Jardins D`Ecrivains" yaradıcısı Anais Biquin qızlarıyla ora gedib və öz təəssüratlarını hər hansı yolla əbədiləşdirməyi qərara alıb. Yazıçının bağı və oradakı çiçəklər qadına ilham verib və o, bu qoxulardan kolleksiyasında istifadə edib.

"Jardins d’ecrivains"  "Yazıçı bağları" silsiləsindən olan ətirli şamlardır. Bura 9 məhsul daxildir və bu məhsulların hər biri bir yazıçının adıyla bağlıdır. Bu sırada "Karen Bliksen", "Sveyq", "Kollet", "Hüqo", "Mopassan", "Jorj Sand", "Tolstoy", "Kazanova" və "Kiplinq" də var. Hər qoxu yazıçının doğulduğu yerin assosiasiyasını yaradır. Etiketdə isə yazılıb: "Qiraət və məktub yazmaq üçün nəzərdə tutulub".

Bundan başqa, yeni nəşr olunmuş kitab qoxusu verən ətirlər də var. Bu ətirlər "Paper Passion" adlanır. 

Hazırladı: Rəbiqə

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti