Ermənistanın BTC-yə hücumu qlobal təhdiddir - Türkiyəli ekspert

Ermənistanın BTC-yə hücumu qlobal təhdiddir - Türkiyəli ekspert
Ermənistanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə hücum cəhdi enerji təhlükəsizliyinə yönəlmiş qlobal təhdiddir.

Bunu "MediaPost”a Türkiyənin Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaroğlu Ermənistanın Yevlaxda BTC-yə kasetli raket atmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistanın bu cəhdinin qlobal təsirləri ola bilər:

"2019-cu ildə BTC kəməri ilə Ceyhan limanına 233 mln barel neft nəql olunub. Əgər bir barel neftin qiymətini 40 dollardan hesablasaq, ümumilikdə 9,3 mlrd dollarlıq neft daşınıb. Bu kəmərdə beynəlxalq şirkətlər pay sahibidir.  BP, SOCAR-la yanaşı, Türkiyənin "Türkiye Petrolleri”, Norveçin "Equinor”, ABŞ-ın "ExxonMobil”, Yaponiyanın "Inpex”, "Itochu”, Macarıstanın MOL, İtaliyanın "Eni”, Hindistanın ONGC şirkətləri burada əməkdaşlıq edir.  Boru kəmərinə edilən hücum bu şirkətlərin investisiyaları üçün təhdiddir”.

 Ekspert, həmçinin vurğulayıb ki, bu hücum həm də Gürcüstanın BTC-dən aldığı tranzit haqqı, Ceyhandan neft alan ölkələrin enerji təhlükəsizliyi üçün də böyük hədədir.

G.Kumbaroğlu bildirib ki, bu hücum cəhdi Ermənistanın qlobal enerji təhlükəsizliyinin önəmli nöqtəsini qəsdən hədəf alması kimi qiymətləndirilməlidir.

Onun fikrincə, burada iştirak edən şirkətlər müştərək şəkildə hərəkət edərək enerji təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması üçün işlər görəcəklər.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti