Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir (FOTOLAR)

Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir (FOTOLAR)
u gün Bakıda Vətən Müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi "İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir. 

APA-nın məlumatına görə, "İskəndər” raketlərinin qalıqları "Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahın rəisi İdris İsmayılov bildirib ki, bugünədək Şuşada 100-dən artıq partlamamış hərbi sursat aşkar olunub: "15 martda əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun "İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri isə 920 mm-dir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Raketin hansı növə aid olması, modifikasiya kodu barədə bir çox məlumatlar səsləndirilir. Bunun bir neçə növü var. Həmin növü müəyyən etmək üçün üzərində olan yazını müəyyən etmək lazımdır. Bu yazı isə hazırda agentlik tərəfindən müəyyən olunmayıb. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əlavə kod, hər hansı yazı aşkar edilərsə, bu barədə məlumat veriləcək". 







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti