Ermənistana qaz nəqli dayandırılıb

Ermənistana qaz nəqli dayandırılıb
Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı "Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti "Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb. 

Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür. 

www.ann.az

Xəbər lenti