Ermənistana ağır zərbə: Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi

Ermənistana ağır zərbə: Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə Ann.a-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - deyə məlumatda qeyd olunub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti