“Ermənistan ordusundakı əsgər çatışmazlığı PKK üzvləri hesabına doldurulur” - Polkovnik

“Ermənistan ordusundakı əsgər çatışmazlığı PKK üzvləri hesabına doldurulur” - Polkovnik
"Düşmən tərəfin nəinki əsgər, ümumiyyətlə insan çatışmazlığı var, xüsusilə də Dağlıq Qarabağda”.

Yenicag.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Hərbi ekspertin sözlərinə görə, bu barədə onların mətbuatı da tez-tez müxtəlif məqalələr, xəbərlər ilə çıxış edirlər:

"Ermənistanda olan ermənilər gedib Dağlıq Qarabağda xidmət eləmək istəmirlər. Ermənistan ordusundakı əsgər çatışmazlığını PKK üzvləri ilə doldurur. Bir vaxtlar Ermənistanın daxili qoşunları da orada yerləşdirilmişdi, lakin onlar daim orada qala bilmirlər. Ermənistanda xidmət etməyə gənclər tapılmadığı üçün onlar hərbi qanunlara dəyişiklik etdilər, hazırda yığma qoşunu dəstələri təşkil olunur. Təbii ki, muzdlu əsgərlərin gətirilməsi də müəyyən şəkildə qanuniləşdirilə bilər”.

Ehtiyatda olan polkovnik bildirib ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağ məsələsində sərt mövqe tutması hər an anti-terror əməliyyatı apararaq öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu göstərir:

"Bu fikirləri Ali Baş Komandan daim beynəlxalq arenada səsləndirir. Bizim istənilən vaxt öz torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etmək gücümüz var”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti