Ermənistan ordusunda koronavirusa yoluxma halları baş verir

Ermənistan ordusunda koronavirusa yoluxma halları baş verir
Martın 4-dən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları baş verir. Bu barədə məlumatı hələ iki həftə öncə Gürcüstan KİV-i təmas xəttində olan mənbələrə istinadla paylaşıb.

Ann.az-ın "MediaPost"a istinadən xəbərinə görə, mənbədə deyilir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Xəstəlik əsasən, Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində qeydə alınıb. Xarici mənbə 4 saat ərzində Ağdamdan 2 hərbi tibbi maşının 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşının 9 dəfə sürətli şəkildə ərazidən əsgərləri daşıdıqlarını yazıb. Həmin erməni əsgərlər Ağdərə və Xankəndində yerləşən hospitallara aparılıb.

Mənbədə qeyd olunub: "Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Ermənistan ordusunda koronavirus yayılıb, lakin Ermənistan hökuməti hələ ki itkiləri gizlədir”.



Onlar təkcə itkiləri gizlətmirlər, adəti üzrə dezinformasiyalar yaymaqla məşğuldurlar. Bu gün Ermənistan mətbuatı Azərbaycan Ordusunda koronavirusdan 4 əsgərin öldüyü barədə məlumat yayıb. Bu, qərəzli şəkildə Ermənistan KİV-nin Azərbaycana qarşı informasiya təxribatıdır. Halbuki bu günlərdə Ermənistan ordusunda hərbçilər arasında koronavirusa yoluxma faktının olub-olmaması ilə bağlı təxirəsalınmaz yoxlama keçirilib. Lakin gözlənilmədən keçirilən yoxlamanın nəticəsi hələ də açıqlanmayıb. Bu, artıq Ermənistan ordusunda infeksiyanın yayılması kimi qəbul edilə bilər. Necə ki bunu iki həftə öncə Gürcüstan mətbuatı yazmışdı.

Bəllidir ki, tez-tez xarici mətbuatda Ermənistan ordusunda pərakəndəliyin olması, döyüş postlarında əsgər-zabit heyətinin intizam qaydalarını gözləmədikləri, əsgərlərin silah-sursatlarını xidməti ərazidə qoyub qaçdıqları haqqında məlumat verilir. Daxili intizam qaydalarına riayət olunmadığına görə Ermənistan ordusunda bir müddət əvvəl əsgərlərdə mobil telefonlarının olub-olmamısı ilə bağlı yoxlama keçirilib. Bu cür gözlənilməyən vaxtlarda ard-arda bir neçə yoxlamanın keçirilməsi ordunun hansı vəziyyətdə olmasından xəbər verir. Belə yoxlamaların davamlı keçirilməsinə əsasən, Ermənistan Silahlı Qüvvələrində koronavirusla bağlı açıqlamalar yaymaq olar.

Erməni hökumətinin ölkədə yayılmış infeksiya faktı barədə vətəndaşlarını vaxtında məlumatlandırmaması, məlumatı uzun müddət gizli saxlaması ölkədə koronavirusdan ölənlərin və yoluxanların sayının xeyli artmasına səbəb olub. Bu rəqəmlər artıq 84 nəfərə çatıb. Vəziyyət o qədər ciddidir ki, hətta 2 nəfərin pnevmaniya diaqnozu ilə ölməsi faktı qeydə alınıb.



Halbuki Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl xidməti müşavirə keçirib. Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı fəaliyyətlərdən danışaraq hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb etmişdi. Bununla yanaşı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığına əsasən, ötən gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə gediblər.

Hazırda da hərbi heyətin cəbhə bölgəsinə səfəri davam edir. Səfərin məqsədi görülən dezinfeksiya işləri ilə tanış olmaq, qabaqlayıcı tədbirlərə nəzarət edərək virusa yoluxma ehtimalını minimuma endirməkdir.

Buna qədərki və hazırki bütün profilaktik tədbirlərin tək məqsədi var; güc strukturumuzu təşkil edən Azərbaycan Ordusunun əsgərindən tutmuş generalına kimi hər bir hərbi qulluqçunun həyatını qorumaq.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti