Ermənistan itkilərini gizlədə bilmir: ölkədə etirazlar başlayıb

Ermənistan itkilərini gizlədə bilmir: ölkədə etirazlar başlayıb
Artıq Ermənistan hökuməti ordudakı itkilərini gizlədə bilmir.

Düşmən tərəf Azərbaycan Ordusunun vurduğu zərbələrdən sonra hərbçilərinin ölüm xəbərlərinin qarşısını almaqda acizdir.

Belə ki, sosial mediada yaxınlarını, qohumlarını və dostlarını itirən ermənilər onların fotolarını yayır və Paşinyan hökumətinə sərt etirazını bildirir.

Babken Chobanyan adlı sosial şəbəkə istifadəçisi yazır:

"Nikol Paşinyan, bu sənin danışıqlarının "sıfırlanmasıdır"? Paşinyan, budur arvadının Anna Akopyanını Qarabağdakı fotosessiyasının nəticələri? Paşinyan, bu Sorosun sənə verdiyi pullardır ki, əlimizdə olanları məhv etdin? Şəkildə gördüyün bacım oğludur. Keçən həftə də ad günü idi, 19 yaşı tamam olub. Onun qanı və onu kimi yüzlərlə 18 yaşlı uşaqların qanı sənin əllərində və sənin yeddi nəslinin əlində olacaq. Lənətə gələsən, Nikol!” /"MediaPost”

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti