Ermənistan “Erebuni” hərbi aerodromunu rus ordusuna verir

Ermənistan “Erebuni” hərbi aerodromunu rus ordusuna verir

Ermənistan Müdafiə nazirliyi "Erebuninin" hərbi aeroportuna aid olan əraziləri Rusiyanın 102-ci hərbi bazasına vermək qərarına gəlib. 

ANS PRESS-in verdiyi verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan, hökumətin bu gün keçirilən iclasında deyib. 

Bununla bağlı hazırladıqları layihəni hökumətin müzakirəsinə təqdim etdiyini bildirən A.Nazaryan, qeyd edib ki, aedromun helikopter eskadrilyası üçün dayanacaq yeri, inzibati-iqtisadi binalar və yanacaq-sürtkü materialları saxlanılan anbarlar üçün ərazilər Rusiya ordusuna veriləcək.

Onun sözlərinə görə, qətnamə Ermənistan-Rusiya hökümətlərarası komissiyasının 8-ci iclasının protokolu çərçivəsində qəbul edilib.

ANN.Az

Xəbər lenti