Ermənistan əhalisindən həyəcan təbili: “Uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır” (FOTOLAR)

Ermənistan əhalisindən həyəcan təbili: “Uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır” (FOTOLAR)
"2000, 2001-ci il təvəllüdlü oğlanlar ölürlər, nə baş verir?”

"MediaPost" xəbər verir ki, bunu erməni sosial şəbəkə istifadəçiləri "Facebook” səhifələrində, müxtəlif sosial media qruplarında yazırlar.

Onlar bildirirlər ki, hər an erməni hərbçilərinin ölüm xəbərini eşidirlər:

"Niyə 2001, 2002-ci il təvəllüdlü uşaqlardır?”, "Millətimiz, uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti