Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir

Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir
Azərbaycanın apardığı hərbi-texniki siyasəti gözü götürməyən Ermənistan ənənəvi olaraq, hərbi sahədə tərəfdaşlıq etdiyimiz ölkələrlə əməkdaşlığımıza zərbə vurmağa çalışır.

"Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını, habelə illər boyu Azərbaycanla İsrail arasında davam edən və getdikcə daha da genişlənən əməkdaşlığı özünə təhdid kimi qəbul edən Ermənistan ölkəmizin tərəfdaş imicinə ləkə vurmaqla bu əməkdaşlıqları zəiflətmək niyyətindədir. 

ANN.az xəbər verir ki, Ermənistanın Azərbaycanla dövlət sərhədində iyul ayında törətdiyi təxribatlar nəticəsində özünün üz-üzə qaldığı problemlərin sayı getdikcə artmaqdadır. İqtisadi cəhətdən zəif, müstəqilliyi formal olan Ermənistan dövləti nəinki hərbi cəhətdən uduzub, həmçinin siyasi arenada daha böyük fiasko ilə üzləşib. 

Silahlı toqquşmalardan dərhal sonra dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik zəmində olunmuş hücumlar göstərdi ki, indiyədək özlərinin ən güclü saydıqları "erməni diasporu” silahının da "barıtı islanıb”. Ermənilərin illər boyu etdikləri hərəkətlər artıq özlərinin əleyhinə çevrilib. Bunun da bariz nümunəsi kimi, bu ilin iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən, 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırımı aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti