Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir

Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir
Son bir neçə gündür Ermənistan-Azərbaycan Dövlət sərhədində gərginlik yaşanır. Azərbaycan Müdafiə Nazirliyi gedən döyüşlər və itkilər barədə operativ şəkildə məlumatlar paylaşsa da, düşmən tərəf itkilərini gizlədir.

Məsələ ilə bağlı "MediaPost”a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, ermənilərin öz itkilərini gizlətməsi çox aydın məsələdir:

"Bunu onların davranışlarına baxdıqda da görmək olur. Əgər ermənilərin itkisi az olsaydı, onda niyə onlar beynəlxalq təşkilatlara müraciətlər ünvanlasın? Yəni onların itkisi az, özlərinə inamları güclü olsaydı, belə addım atmazdılar. Digər bir məsələ, artıq iki gündür ki, bizim tərəfdən də güclü zərbələr alırlar. Eyni zamanda, ölkəmiz uçan pilotsuz uçan aparatlardan istifadə etməklə hərbi əməliyyatlar keçirir. Bu vəziyyətdə qarşı tərəfdə cəmi dörd itkinin verməsi nə dərəcə doğru ola bilər? Ermənilərin itkisi daha çoxdur, lakin onlar bunu gizlətməyə müəyyən qədər müvəffəq ola bilirlər. Bu nədən qaynaqlanır? Ermənilərdə nizami ordu ilə eyni vaxtda muzdlu qüvvələr var. Məsələn, Livan, Suriyadan gəlib burada döyüşürlər. Onların məhv olunmasını gizlətmək daha rahat olur. Bu şəxslər həlak olduğu zaman sayları rəsmən açıqlanmaya bilir. Daha başqa bir məqam isə Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimin ordusu ilə öz ordusunu ayırmasıdır". 

Ekspert əlavə edib ki, Ermənistanda ordunun bu dərəcədə parçalanmış olması, onlara şərait yaradır ki, rəqəmlərlə istədikləri kimi oynasınlar:

"Mən Ermənistanın itkisinin çox olduğuna inanıram. Düşmən əleyhinə tətbiq olunan silah-sursat növlərinə baxdıqda bəlli olur ki, bu döyüşdən bir-iki nəfərlik itki ilə çıxmaq mümkün deyil. Bir məqam da var. Xatırlayırsınızsa, erməni tərəfi müharibənin ilk iki günü itkilərini sıfır olaraq qələmə verirdi. Və birdən-birə onlar bir neçə nəfərin öldüyünü etiraf etməyə başladılar. Yəni müharibənin ilk günlərində itki yoxdur, lakin birdən-birə itkilərin sayı yüksəlir. Bu da onu göstərir ki, müharibənin əvvəlində onların itkiləri az olub. Ona görə də itki sayının sıfır olduğunu açıqlayırdılar. Lakin sonrakı günlərdə o qədər artıb ki, ölənlərdən bəzilərinin adlarını  çəkməyə məcbur olublar. Üstəlik, artıq Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin ritorikasının dəyişməsinin də şahidi oluruq. Onlar əvvəl özlərinə əminlik nümayiş etdirirdisə, indi məcbur qalıb acizliklərini etiraf edirdilər. Ölkəmiz belə məqamlarda təmkinli davranaraq insanları təşvişə salmadan döyüşlər barədə səhih məlumatlar verdi. Xalqımızın da dövlətlə birliyi düşmənə bir daha göstərdi ki, biz hər zaman döyüşə hazırıq”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti