Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir (VİDEO)

Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir (VİDEO)
Gürcüstanın Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir.

Gürcüstanın Samtsxe-Cavaxeti vilayətinin Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi olan Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir. 

"MediaPost” xəbər verir ki, Samtsxe-Cavaxetinin qubernatorunun sözlərinə görə, vəziyyət nəzarət altındadır. Eyni zamanda, 8 avqust tarixində baş vermiş hadisələrlə əlaqədar olaraq, Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) Cinayət məcəlləsinin 108 və 236-cı maddələrinin 3 və 4-cü bəndləri üzrə araşdırmalar başlayıb. 

"Təəssüf ki, Axalkalakinin mərkəzində baş vermiş kriminal hadisə nəticəsində bir gənc həlak olub, 4 ev və 1 mehmanxana yandırılıb. Hazırda polis qüvvələri gücləndirilir, şəhərə əlavə xüsusi təyinatlı bölmələr yeridilir. Vəziyyət nəzarət altındadır, polis qüvvələrinin sayı hər saat artırılır, polis qüvvələri şəhərdə sakitliyi təmin etməyə çalışır”, - Samtsxe-Cavaxetinin qubernatoru Besik Amiranaşvili deyib. 


Xatırladaq ki, 8 avqust tarixində axşam saat 19:00 radələrində "Xas Bağça” şəhər parkının yanında qırğınlar baş verib. Gənclərdən ibarət kütlə mehmanxananın qapı və pəncərələrini sındırıb, bundan sonra orada yanğın baş verib. İlkin versiyaya görə, qırğınlar Kulikam kəndinin sakininin öldürülməsindən sonra baş verib.

Axalkalaki xəstəxanasının baş həkimi A. Toroyanın  dediyinə görə, xəstəxanaya bir yaralı cavan oğlan gətirilib, bir nəfərin yerində keçindiyi bildirilir. 

Gürcüstan DİN-də Cinayət Məcəlləsinin 108 - Qəsdən adam öldürmə, 236-cı maddəsinin 3 və 4-cü bəndləri üzrə - bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq dəfələrlə atəş silahlarının, döyüş sursatlarının və ya partladıcı vasitələrin qanunsuz istehsalı, daşınması və ya satın alması maddələri üzrə araşdırmalar başlayıb.

2002-ci ildə keçirilən əhalinin siyahıya alınmasına görə şəhər əhalisinin təqribən 95%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya İmperiyasına keçib. 4 yanvar 1900-cu ildə qəsəbədə baş vermiş zəlzələnin nəticəsi olaraq, 1000-dən çox insan həyatını itirmişdi. 2014-cü ildə keçirilən siyahıya alınmaya görə qəsəbənin ümumi əhalisi 8295 nəfərdir. 

Şəhərdə bir dəmiryol stansiyası yerləşir. Axalkalakidə erməni din xadimi Mesrop Maştotsun heykəli var. 2019-cu ilin yanvar ayında şəhərdə Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etmiş və xeyli sayda azərbaycanlı mülki şəxsi qətlə yetirmiş Mixail Avaqyanın büstü yerləşdirilib.

Ümumiyyətlə, ermənilərin çoxluq təşkil etdiyi Gürcüstanın bu regionu dəfələrlə ölkənin gündəmini qalmaqalları ilə zəbt edib. Yerli əhali arasında milli, etnik zəmində tez-tez baş verən toqquşmalar 90-cı illərdə Azərbaycanda baş vermiş hadisələri xatırladır. Hadisələrin belə gedişatı onu deməyə əsas verir ki, bu gün Dağlıq Qarabağda olduğu kimi, sabah Samtsxe-Cavaxetiya və Axalkalaki bölgələri işğal altına düşəcək. Ermənistan bu istiqamətdə öz çirkin niyyətini heç vaxt gizlətməyib və açıq-aşkar hücuma çoxdan başlayıb. 



Azərbaycanın rəsmi və qeyri-rəsmi fəalları müxtəlif forumlardan istifadə edərək bu məsələni gürcü ictimaiyyəti qarşısında dəfələrlə qaldırıb. 

Əlbəttə, Gürcüstanın Ermənistanla dini, qonşuluq və coğrafi mövqe baxımından yaxınlıq etmək istəyi təbiidir. Lakin gürcü rəsmiləri nəzərə alsalar yaxşı olar ki, ermənilərin separatçı davranışları Gürcüstanın ərazi bütövlüyünə, bilavasitə milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Buna misal olaraq, Dağlıq Qarabağın işğalını göstərə bilərik. Azərbaycan ərazisində yaşamış "mehriban” ermənilərin qonşuluğunun ölkəmiz üçün hansı nəticə verməsi nümunəsi gürcü xalqına dərs olmalıdır. Qarşı tərəf səmimiyyəti, mehribanlığı və dostluq prinsiplərinə uyğun bərabərhüquqlu siyasətin nə olduğunu bilməyən ermənilər gürcü torpaqlarına iddiaların irəli sürülməsindən əl çəkməyəcəklər. Ermənilərin separatçı ruhunun ən bariz təsdiqi əraziyə Mixail Avaqyan kimi bir terrorçunun abidəsinin qoyulmasıdır. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti