Erməni soyqırımında yəhudilər günahkardır?

Erməni soyqırımında yəhudilər günahkardır?


Bir müddət əvvəl Amerikanın məşhur nəşrlərindən biri olan "U.S.A. Armenian Life magazine”-də erməni müəlliflər Armen Melkon və Xancan Hersisyan birlikdə yazı qələmə alıblar, məqalə erməni xalqının tarixi düşmənlərindən bəhs edir. Məqalədə müəlliflərin fantaziyası bütün sərhədləri aşıb. Bu dəfə onlar düşmənlərini təkcə türklər və azərbaycanlılar arasında axtarmırlar, bu dəfə onlar özlərinin uydurma faciələrinin günahkarı kimi yəhudiləri göstərirlər və bu məsələdə "İncil”ə istinad edirlər. Həqiqətən də, erməni fantaziyası sindromunun hüdudları yoxdur. ANN.Az məqaləni oxucularına təqdim edir:   

"Erməniləri qırmaq imkanı Birinci Dünya Müharibəsində yarandı. 1895-1915-1923-cü illərdə ermənilərin soyqırımı avropalı sionistlər, siyasi sionizmin əsasını qoyan Rotşild və Teodor Qerslem tərəfindən düşünülmüş, müsəlmanlaşdırılmış yəhudi, "dönmə” Mustafa Kamal Atatürk tərəfindən həyata keçirilmişdi. Dönmə türklər özlərini müsəlman türk kimi qələmə verən yəhudilər idi. Karasso, Tələt, Ənvər və Kamal Mustafa gizli yəhudilər idilər. Onların arzusu Avropadan Mərkəzi Asiyaya qədər uzanan Türk imperiyası qurmaq idi. Bunun reallaşması üçün kütləvi qırğınlar, deportasiyalar (etnik təmizləmələr) lazım idi ki, Kiçik Asiyanın xristian əhalisinin – ermənilərin, yunanların və assuriyaların sayı azalsın. 

Həmin vaxt soyqırım törətmək üçün Sultan Həmidi devirən yəhudi əsilli dönmə türklərə əmr və direktiv verildi, qana susamış türk ordusu və əhalisi qırğınlar, talanlar, kütləvi qətllər törədir və yerli yunan və assuriyalılar daxil olmaqla, xristian erməni əhalisinin mal-mülkünü əlindən alırdılar. 

Dönmə yəhudi-türklərin əsas sirri Yəhudi imperiyasının yaradılması idi, belə ki, Tanrı yəhudilərə Ermənistandakı Fərat çayının sahiliylə Misirdəki Nil çayının sahilinin arasındakı ərazini vəd eləmişdi. Bugünki İsrail dövlətinin bayrağında iki düz mavi xətt təsvir edilib. Bayrağın ortasında isə Davidin ulduzu var. İki mavi xətt Nil və Fərat çayını əks etdirir. Beləliklə, yəhudilər gizli-gizli iddia edirlər ki, Nil çayıyla Fələstin, Livan, Suriya, İordaniya, şimal-qərbdə Araviya və Ermənistan (vətən) arasındakı torpaqlar Yəhvanın-Yehova Tanrının Davidin çarlığına söz verdiyi ərazilərdir. 

Varlıq 15:18. Həmin gün Tanrı İbrahimlə saziş bağlayıb dedi: Sənin nəsil-nəcabətinə böyük Misir çayından Fərat çayına qədər olan əraziləri verirəm. 

Öz doğma yurdalarında yaşayan hər üç ermənidən ikisinin öldüyü ikinci erməni soyqırımı dövründə, 1895-1915-1923-cü illərdə, ermənilərin bəzilər Ermənistan respublikasında və Arsaxda sağ qala və təhsil ala bildilər. 

Ancaq nə qədər ki, yəhudilərin sayının getdikcə artdığı Türkiyə və yəhudilərin nəzarətində olan Azərbaycan ermənilərə qarşı kommersiya, maliyyə və hərbi ittifaq quracaq, o zaman qədər də ermənilər dinclik nədir bilməyəcəklər. 

Sovetlərin çöküşündən sonra Ermənistan və Arsax respublikaları yarandı. İsrail Arsaxı işğal olunmuş Azərbaycan torpaqları hesab edir. Menahem Beqin, İsrailin keçmiş baş naziri bəyan etmişdi ki, Dağlıq Qarabağ yəhudi torpağıdır. Fərat çayının sahilində yəhudi ravvinlər mərasimlər təşkil edirlər, Davidin çarlığı qurulan zaman məsihin gələcəyinə hazırlaşırlar. Bu baş verərsə, yəhudilər ermənilərin tarixi torpağı Amalikityanı tutacaqlar. 

Davidin çarlığının qurulmasına nail olmaq üçün İsrail Türkiyə və Azərbaycanla yaxınlaşıb. Türkiyə və Azərbaycan müsəlman dünyasında yeganə ölkələrdir ki, İsraillə diplomatik, ticarət və hərbi əlaqələri var. 

Arsaxın azadlığı uğrundakı müharibə zamanı İsrail Azərbaycan hərbi qüvvələrini pilotsuz uçan təyyarələrlə, özüyeriyən hərbi maşınlar, raketlərlə və silah-sursatla təmin edirdi. O zamandan bəri İsrail köhnə rus tank T-72-ləri modernləşdirib, təyyarələr və uçuş-təlim təyyarələri  üçün lazımlı avadanlıqlar verib. Azərbaycan hərbi qüvvələrinin yaranmasından bəri xərclərini 30 dəfə artırıb. Bütün bunlar Azərbaycanın Ermənistan qarşısında hərbi üstünlüyünü təmin etmək üçün edilib. İsrail birbaşa Erməni-amalikityanı məhv edə bilmir. Bu iyrənc işi reallaşdırmaq üçün Azərbaycandan istifadə edir. 

İsrail Azərbaycanın əsas regional müttəfiqi və erməni-amaliktityanın əsas düşmənidir. 

İsraili və Azərbaycanı İrandan müdafiə etmək üçün Bakı İsrail hava qüvvələrinin Azərbaycanın hava məkanında təlimlər keçməsinə icazə verir. Ən narahatedici fakt isə odur ki, İsrail Azərbaycanın cənubunda Ermənistan və İranın sərhədi yaxınlığında aviabazalar qurub. Bu sirli sirrli bazada İsrailin bombardmançı təyyarələri və qırıcıları var. Məlum olduğu kimi, İsrail hər vəchlə ABŞ və İran arasında nüvə sazişinin baş tutmamasına çalışır. İsrailinin qəzəbinin həm də Ermənistana yönəldiyi şübhə doğurmur. Ancaq kabus odur ki, İsrailin İrana nüvə başlıqlarıyla hücum edəcək. İki ari xalqı Ermənistan və İran təhlükə altındadır. Bu xalqların məhv etməyi İsrailin soyqırım allahı əmr verib. 

Üçüncü erməni soyqırımı artıq yaxındadır

Aleksandr Murinsonun 2014-cü ildə «The Begin-Sadat Center for Strategic Studies»-də nəşr etdiyi "İsrail və Azərbaycan əlaqələri” bukletinin 20-ci səhifəsində İsrailin Azərbaycana verdiyi qabaqcıl hərbi silah sistemləri haqqında detallar öz əksini tapıb. İsrail Vaşinqtonda Azərbaycanın vəkili kimi çıxış edir, ABŞ Konsqresində və Senatında "Erməni qoyqırımı”nın qəbul edilməsinin qarşısını almaq üçün vacib rol oynayır. İsrail-Azərbaycan əlaqələri elmi əməkdaşlıqdan tutmuş, informasiya texnologiyaları, tibb, suların təmizlənməsi, kənd-təsərrüfatı və bu sahələrdə təcrübələrin paylaşılmasına qədər əhatə edir. Azərbaycan və İsrail arasında kəşfiyyat və strateji müdafiə əməkdaşlığı çox vacib rol oynayır. İŞİD İraqda neft yataqlarını ələ keçirəndən sonra milyonlarla dollar qiymətində dəyərləndirilən  neft avtosisternlər vasitəsilə İraqdan Türkiyəyə transport edilir. İsrail  isə,  çox böyük həcmdə İraq neftini Türkiyədən alır. 

İsrail idxal etdiyi neftin 40%-ni Azərbaycandan alır. Azərbaycanın nəql etdiyi neft Türk limanları vasitəsilə Aralıq dənizinə çıxır və İsrail və Türkiyəyə çatdırılır. 
İŞİD-in satdığı neft öz yerində, Azərbaycan neftinin İsrailə çatdırılması iki ölkə əlaqələrində əsas səbəbdir. Ancaq bu siyasi çətir altında gizlənənlərə israillərinin soyqırım allahı əmr verib – erməni-amalikityanlar məhv edilməlidir. 

Qafqazın bütün tarixi ərzində Azərbaycan adlı ərazi heç vaxt mövcud olmayıb. Persiyanın şimal qərbindəki ərazilər yunanlara Atropatena, ermənilərə Aterbatakan, farslara isə Azərbaycan kimi məlum idi. Bütün bu adların mənası eyni idi: "Alov”, buna da səbəb torpağı altından çıxan neftin yanması idi. Bu bölgənin ən qədim adı Arandır – arilərin torpağı. Rusiya imperiyasının süqutundan sonra, Britaniyanın təklifi ilə tatarlar bölgəni Azərbaycan adlandırdılar. Diqqət yetirin, farsca AZARbaycan olan bölgəni, tatarlar düşünülmüş şəkildə AZƏRbaycan elədilər. Qana susamış ingilislərin məqsədi fars AZARbaycan-ını gələcəkdə tatar torpağı kimi təqdim etmək idi. Bugün də baş verən məhz budur. Azərbaycanda yaşayan tatarlar iddia edirlər ki, Azərbaycan ərazisinə Azərbaycan torpaqları daxildir və burada yaşayanların əksəriyyətini tatarlar təşkil edir. Ancaq İranda yaşayan və azərbaycanlı adlandırılanlar da farslardır, onlar Türkiyə Persiyanı işğal edəndə, özlərinin doğma fars dilindən imtina etmək məcburiyyətində qalmış və türkcə danışmağa başlamışdılar.

Bizim eranın 8-ci əsrində Krımın tatardilli xəzərləri müsəlmanlığı yox, xristianlğı yox, məhz yəhudiliyi qəbul etdilər. Məlumdur ki, yəhudi-aşkenazilər, yəhudi-xəzərlər Avropaya köç etmiş və əsasən Polşa və Almaniyada məskunlaşmışdılar. Onların başqa bir qolu isə Qafqazda məskunlaşmışdı. Azərbaycan ərazisində 2500 il əvvəl Babilistandan qovulan yəhudilərin məskunlaşdığı bir çox kəndlər mövcuddur. Beləliklə, Azərbaycanı idarə edən hakim sinfin damarlarında tatar-yəhudi qanı axır. Azərbaycan ərazisində təqribən 25000 yəhudi yaşayır. Nasistlərin törətdiyi yəhudi soyqırımı zamanı qırılanlar əsasən İbrahim qolundan gələn yəhudilər deyil, xəzər yəhudi-aşkenazilər idi. 

İsrail və Azərbaycan yaxın əlaqələrini göstərən səbəblər

1. İran tərəfindən gələcək potensial təhdid İsrail və Azərbaycanın hərbi ittifaqda birləşdirib. Azərbaycanın pulu və nefti var, İsrailin isə ABŞ-dan oğurlamış olsalar da, qabaqcıl hərbi texnikası var. 

2. Avropa, keçmiş sovet ölkələri və ABŞ quru hərbi sistemlərin Azərbaycanın əlinə keçməsini istəmirlər, ehtiyat edirlər ki, özünəinamlı Azərbaycan Dağlıq Qarabağa hücum edəcək, Ermənistan və İranla regional müharibəyə başlaya bilər. Ancaq 40% neftini Azərbaycandan alan İsrail xüsusilə hərbi-hava qüvvələri planında Azərbaycana dəstək verməyə hazırdır. İsrailin Azərbaycanla müqaviləsi var ki, onu minamyotlarla, silah-sursatla, reaktiv artillerira, radio-avadanlıq, raketdən müdafiə sistemləri, 300 mm-ə qədər raket daşıya bilən raketdaşıyıcıları ilə təmin edəcək. Hərbi əməkdaşlıq nəticəsində onlar pilotsuz uçan apparatlar və pilotsuz təyyarələr də istehsal edəcəklər. 

3. İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiq kimi saxlamaqdır. İranın nüvə obyektlərini İsraildən bombalamaq üçün təyyarələrə yanacaqdoldurma məntəqəsi lazımdır. Bu problem Azərbaycanın cənubunda İsrail-Amerikan əsgərlərinin yerləşdirildiyi aviabaza sayəsində mümkün olacaq. 

ABŞ prezidenti Barak Obamanın diplomatik yolla və sanksiyaların qaldırılmasıyla İranın nüvə proqramı məsələsini həll etməkdən danışdığı bir vaxtda israillilər İranla müharibədən danışırlar. 
Pilotsuz təyyarələrin və raket əleyhinə zenit müdafiə sistemlərinin Azərbaycana verən 1.6 milyard dollarlıq müqavilə İsrailin mürəkkəb hərbi texnologiyasını İrana yaxınlaşdırır. 

4. Ancaq ermənilərin qarşısındakı ən böyük fakt odur ki, sionist israillilər erməni-amalikityanlara nifrət edirlər. Yəhudilər özlərinin soyqırım allahı Yəhvanın əmrinə əməl etməlidirlər: Allah and içib ki, erməni-amalikityanlarla müharibə nəsildən nəsilə davam etməlidir. Bunun üçün mən Amaliki göylərdəcə məhv edəcəm. Bu gün Azərbaycanda İsrail və yəhudilər dominantlıq edir və ermənilər göylərdən məhv etməyə hazırlaşırlar. 

Siyasətçiləri bu faktı etiraf edirlər ki, Azərbaycanda yerləşdirilən İsrail aviasiyanda nüvə bombaları ola bilər, hansı ki, onlardan İsraildə yüzlərlədir. Əgər İran, yaxud Ermənistan İsrailin atom silahlarına hücum etsələr, bu Rusiyanı münaqişəyə qarışmağa sövq edəcək. Bakıyla Moskvanın arası elə də yaxşı deyil və əlbəttə ki, Rusiya İsrailin nüvə bomablarını məhv etməyə girişəcək. 

Bu beynəlxalq müharibəyə səbəb olacaq. İsrail həmçinin Rusiyadan raket və nüvə başlığı hücumuna məruz qalacaq. Tezliklə də Rusiyayla ABŞ arasında münaqişə qızışacaq, o zaman nüvə müharibəsi Rusiyanı, ABŞ-ı və Avropanı məhv edəcək. 

Rusiya və ABŞ təcili surətdə Azərbaycanın tərksilah etmək üçün və İsrailin ona silah verməsinin qarşısını almaq üçün razılığa gəlməlidirlər. Bəşəriyyətin xilası naminə İsrailin Azərbaycandakı aviabazası bağlanmalıdır. Rus-erməni-iran iqtisadi və hərbi ittifaqı İsrail-Azərbaycan təhdidinə qarşı mübarizədə yeganə yoldur. 

Uca Tanrı hifz etsin və beynəlxalq soyqırımın qarşısını almaq üçün insanlığı İsrail-Azərbaycan dəliliyindən müdafiə etsin!"
 
Tərcümə: Emin 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti