Erməni separatçıların sədası indi də Başqırdıstandan gəlir (VİDEO)

Erməni separatçıların sədası indi də Başqırdıstandan gəlir (VİDEO)
"Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadır ki, bir neçə onilliklər ərzində bu ərazilərdə yaşayandan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar onların dədə-babalarının torpaqlarıdır”.   

Bu fikirlər A.S. Qriboyedovun (rus diplomat) rus imperatoruna yazdığı məktubundandır. 

İnternetdə paylaşdığı videoçarxda "respublikada bu qədər erməni haradandır?” sualını verdiyinə görə Ufa şəhərində yaşayan ictimai xadim Ramilə Səitovaya qarşı "milli zəmində ədavətin qızışdırılması” maddəsi ilə cinayət işi açıla bilər. 

ANN.az-ın MediaPost-a istinadən verdiyi məlumata görə, hadisələr Ramilə Səitovanın 19 iyul tarixində 15 saniyəlik videoçarxında "Ufada bu qədər erməni haradandır?” sualını verməsindən sonra başlayıb.

Videoçarxın paylaşılmasından dərhal sonra Başqırdıstan İctimai palatasının sədr müavini Oleq Qalin açıq müraciət dərc edərək, respublikanın Daxili İşlər Nazirliyinin, Tədqiqat Komitəsinin, prokurorluğun və Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərini Ramilə Səitovanın "nifrət və ədavət oyatması, habelə, insan ləyaqətinin millət mənsubiyyətinə görə alçaldılması”na görə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Eyni zamanda, Ramilə Səitovanı həddi-buluğa çatmamış qızları, habelə, "bütövlükdə erməni millətini” təhqir etdiyinə görə cəzalandırmaq və onun psixi vəziyyətini ekspertiza etmək xahiş edilib.   

Əslində, bu cür ciddi və xoşagəlməz ittihamların, həyata keçirilməsi tələb olunan cəza tədbirlərinin arxasında nələr dayanır? 

"MediaPost” xəbər verir ki, Ramilə Səitovanı öz videoçarxını internetdə paylaşmasından bir ay sonra Başqırdıstan Respublikasının prokurorluğuna çağıraraq, ekstremizmə görə məsuliyyətə cəlb olunması barədə qərar veriblər. Yəni "Ufada bu qədər erməni haradandır?” sualı Başqırdıstan Respublikasının prokurorluğu tərəfindən ekstremizmə çağırış kimi qiymətləndirilib. Bunun da bir neçə səbəbi var.

Ramilə Səitovanın prokurorluqda rast gəldiyi insanlardan beşi tibbi maskasız olublar. Yəni azı, bu beş nəfəri tanımaq mümkündür. Onlardan ikisi - Ramiləyə qərarı təqdim edənlər qadın, üçü isə kişi olub. 

Ramilə Səitova prokuror Vladimir Vedernikovun qəbul otağının adamlara dolu olduğunu və onların arasında çox sayda ermənilərin olduğunu bildirir.

R. Səitovanın dediyinə görə, respublikada "erməni məsələsi” getdikcə gərginləşir və məhz bu səbəbdən də hüquq-mühafizə orqanlarının işçiləri Ramiləyə qarşı həddən artıq qərəzlidir ki, heç kim bundan sonra bu aktual məsələni bir daha qaldırmağa cəhd etməsin.   

R. Səitova bildirib ki, respublika prokurorluğu ermənilər tərəfindən artıq zəbt edilib. Bununla yanaşı, İqtisadi Cinayətlərlə Mübarizə Şöbəsinin, Ekstremizmə qarşı Mübarizə Mərkəzinin ermənilər tərəfindən ələ keçirilməsi haqqında məlumatlar var. Görünür, ermənilər özlərinin ürəyinə yatmayan adamları asanlıqla cinayət məsuliyyətinə cəlb edəcəklər. R. Səitovanın sözlərinə görə, faktiki olaraq, bugünkü gündə yerli əhali bizneslə məşğul olmaq üçün bütün imkanlardan məhrum edilib və onlar sahibkarlıqla məşğul ola bilmirlər.

Xahiş etməsinə baxmayaraq, R. Səitovaya soruşduğu sualın həqiqətən də "ekstremist xarakterinin” olması haqqında arayışın verilməsindən imtina edilib. Səbəb kimi, daxili kargüzarlıq haqqında hansısa sənədlərin tələbləri göstərilib. Bu səbəbdən də o, indiyədək onunla bağlı məsələnin hansı əsaslarla "ekstremist yönümlü” hesab olunduğunu bilmir.

Arayış: Ramilə Səitova tanınmış ictimai xadim, "StopKronoşpan” hərəkatı Şurasının üzvü, Rusiya Federasiyası yerli xalqlarının assosiasiyasının ikinci sədri, Başqır ağsaqqalları Şurasının sədri, Başqır xalqı Konqresinin Prezidiumunun üzvü, "Sibir sağlamlığı” korporasiyasının aparıcı məsləhətçisidir. 

Qeyd edək ki, yaxın keçmişə qədər Ramilə Səitova Ufanın əfsanəsinə çevrilmişdi. O, "Добрый день” adlı ən uğurlu mağazalar şəbəkəsinin və ən böyük "Самрау” mağazasının sahibi idi, "Rusiyanın ən yaxşı biznes xanımı” kimi şərəfli ada layiq görülmüşdü. R. Səitovaya hamı heyran idi və ondan nümunə götürürdülər. Lakin sonradan onun keçmiş ərinin fırıldaqları nəticəsində şəxsi biznesi və uşaqları əlindən alındı, özü isə bir müddət məhkum həyatı yaşamalı oldu.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti