Erməni ekspert: “Təcrübəli zabitlər Ermənistan ordusundan qovulurlar”

Erməni ekspert: “Təcrübəli zabitlər Ermənistan ordusundan qovulurlar”
"Təcrübəli, peşəkar zabitlər Ermənistan ordusunda tutduğu vəzifədən azad edilir, hətta, hərbi xidmətdən istefaya göndərilirlər”.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambartsumyan bildirib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası bu sahədə dəyişikliyə nail ola bilməyəcək: "Bu komissiya həmişə olub, ancaq onların gördüyü xeyr işə rast gəlməmişik”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalında iştirak etmiş zabitlər də Ermənistan Silahlı Qüvvələrindən qovulurlar: "Qarabağ müharibəsini keçmiş, Azərbaycan ordusu ilə realı döyüş təcrübəsi olan zabitlər ordudan uzaqlaşdırılırlar. Onları uyğun təcrübəyə və biliyə malik olmayanlar əvəz edirlər”.

V.Ambartsumyan Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 il müddətə ordunun ehtiyaclarını ödəmək üçün əlavə 2,5 milyard dollar ayıracağı ilə bağlı vədinə inanmadığını bildirib: "Ölkənin bu həcmdə maliyyə vəsaiti yoxdur. Bu vəsaiti onun haradan əldə edəcəyi məlum olmadığından vədi də inandırıcı deyil. 2,5 milyard dollar?! Yox, mən onun bunu tapacağına inanmıram. Paşinyan Müdafiə Nazirliyinə ayrılan büdcəni kəsməsə yaxışıdır”.

www.ann.az

Xəbər lenti