Ərdoğanın partiyasından daha bir istefa

Ərdoğanın partiyasından daha bir istefa
AKP-dən İzmir millət vəkili Erdal Kalkan, partiya sıralarından istefa etdiyini açıqlayıb.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkili "Twitter" səhifəsində yazdığı statusunda, partiyaya hərbi müdaxilə dövründə girdiyini bildirib.O, Ərdoğandan əvvəl partiyanın maraqları ilə bağlı mövqeyi ilə bağlı mövqeyini qoyduğunu qeyd edib. Siyasi partiyaların demokratik rejimin imtina edə bilmədiyi ünsürlər olduğunu söyləyən E.Kalkan, siyasi partiyalar kiminsə atasının şəxsi malı olmadığını vurğulayıb: "Hörmətli Tayyib Ərdoğanın isə heç deyil. Çünki, siyasi partiyalar milyonlarla insanın yaratdığı ictimai varlıqlardır. Hökumət, iqtidar və partiya intizamı sui-istifadələrin, oğurluqların və soyğunların qarşısını almaq üçün yaradılır. Bu iş burada bitə bilməz. Uca xalqımız hər şeyi görür. Hakim xalqımız olsun. Qurtuluş müharibəsi aparan bu xalq bunu da həll edir. Ədalət və İnkişaf Partiyasından istefa edirəm". ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti