Ərdoğanın oğlu nəzarətə götürülür? - YENİLƏNİB

Ərdoğanın oğlu nəzarətə götürülür? - YENİLƏNİB

Baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın göz altına alınması ilə bağlı qərar verilib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror Muammer Akkaşın rüşvət əməliyyatı ilə başladığı soruşdurmada Bilal Ərdoğan şübhəli şəxs qismində ifadə verməyə çağırılıb. Məktub dünən göndərilib və qeyd olunur ki, əgər baş nazirin oğlu ifadə verməyə getməsə, məcburən onun ifadəsi alınacaq. Həmçinin onun göz altına alınması ilə bağlı qərar da verilib.  ANN.Az

***

23:05Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bu ölkədə “rüşvət” əməliyyatı iddiası ilə  başladılan istintaq çərçivəsində gözaltına alınıb.Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, prokuror Muammer Akkaşın çağırışı ilə Bilal Ərdoğan şübhəli şəxs qismində istintaqa çağırılıb. Prokurorun göndərdiyi çağırış vərəqəsində Bilal Ərdoğanın mənfəət məqsədi ilə qanundankənar təşkilat qurmaq və qurulan təşkilata üzv olmaqda təqsirli bilinərək şübhəli şəxs qismində ifadəsinin alınacağı qeyd olunur. Baş nazirin oğluna xəbərdarlıq edilir ki, göstərilən tarixdə istintaqa gəlməkdən boyun qaçıracağı təqdirdə, zorla gətirələcək.  ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti