Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO/YENİLƏNİB)

Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO/YENİLƏNİB)
Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Ann.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

Azərbaycann dövlət və hökumət nümayəndələri Rəcəb Tayyib Ərdoğana, Türkiyənin nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 






 
 
 
***13.14 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Ann.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Rəcəb Tayyib Ərdoğanı hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. 
 





Xəbər lenti