Ərdoğandan Paşinyana sərt cavab: “Bir tərəfdən bunu deyib, digər tərəfdən..."

Ərdoğandan Paşinyana sərt cavab: “Bir tərəfdən bunu deyib, digər tərəfdən...
"Zəngəzur dəhlzinin açılıb-açılmaması siyasi bir məsələdir”.

Ann.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın dəhlizin açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib.

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar” deyə Prezident qeyd edib.

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti