Ərdoğan vəzifəsindən getməyə hazırdır

Ərdoğan vəzifəsindən getməyə hazırdır

Türkiyə xalqı seçim qarşısındadır - inkişafı davam etdirmək və yeni Türkiyə qurmaq, yaxud əvvəlki kimi zəif Türkiyə olmaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya vilayətində çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyənin əvvəlki kimi zəif olmasını istəyən qüvvələr var.

R.T.Ərdoğan qeyd edib ki, əgər Türkiyədə korrupsiya varsa, hökumət bunu gec-tez üzə çıxaracaq.

Baş nazir bəyan edib ki, əgər Türkiyə xalqı tələb etsə, vəzifəsindən getməyə hazırdır: "Əgər Türkiyə xalqı hakimiyyətdən getməyimizi tələb etsə, biz buna hazırıq, lakin xalq bunu istəmir".

Trend

Tərəfdaşların xəbərləri

Xəbər lenti