Ərdoğan Rza Zərrabdan danışdı

Ərdoğan Rza Zərrabdan danışdı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət əməliyyatı zamanı həbs olunanlardan danışıb.

Qaynar.info xəbər verir ki, Ərdoğan çirkli pulların yuyulmasında, ölkəyə qanunsuz qızıl gətirilməsində və bir sıra cinayətlərdə ittiham olunan Rza Zərrabla bağlı açıqlama verib.

Baş nazir Zərrabın xeyriyyəçi olduğunu deyib: "Qızıl ixracatı ilə məşğul olan biridir. Ölkə iqtisadiyyatına tövhəsi olduğunu da bilirəm. Bu cür xeyir işlərə girdiyi ilə bağlı məlumatım var".ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti