Ərdoğan-Bayden görüşü başa çatdı

Ərdoğan-Bayden görüşü başa çatdı
Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.

Ann.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, ABŞ Türkiyə ilə konstruktiv əlaqələri davam etdirmək istəyir.

Qeyd olunub ki, Türkiyə önəmli bir hərbi və NATO müttəfiqidir, prezidentlərin görüşündə ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması məsələsində razılığa gəlinib.

Açıqlamada C. Bayden və R. T Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yönündə məsələlərin də müzakirə olunduğu qeyd edilib. Görüşdə NATO və strateji ortaqlıq vurğulanıb, prezidentlər iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluqlarını dilə gətiriblər.
Türkiyə tərəfindən də yüksək səviyyəli rəsmilərdən biri görüşün müsbət atmosferdə keçdiyini bildirib.

Qeyd edək ki, Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində Bakı vaxtı ilə 13.15-də başlayan görüş bir saatdan çox çəkib. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti